Məktəb elm ocağıdır - Namaz yeri deyil
Bir çox sosial şəbəkədə təxminən 8-9 yaşlı oğlan uşağının sinifdə namaz qıldığı yerdə fotosu yayılıb. Bu foto sosial şəbəkə üzvlərinin ciddi müzakirə obyektinə çevrilib.
Bəziləri bunu düzgün addım kimi qəbul edib: 'Araq içir? Tində durub siqaret dilənir? Namaz qılır da'. Bəziləri isə bunun yanlış olduğunu bildirdi. Bu yaşda uşağın təmiz beyninin ancaq elm öyrənməyə işləməli olduğunu bildirdilər. Bəs İslam dini və reallıqlar nə deyir? Əvvəla İslamın şərtinə görə qızlar 9, oğlanlar 15 yaşı tamam olduqdan sonra namaz qılmalıdırlar. Bu onlar üçün artıq vacibdir. Çünki, qeyd edilən yaşa çatdıqda artıq onlar özlərini və həyatı dərk etməyə başlayırlar. Həm də bu yaşda onların hormonları sürətli inkişaf edir. Namaz qılmağın əsas şərtlərindən biri də təmizlik olduğu üçün bu həmin uşaqların yaşa uyğun olaraq neqativ işlər görməsindən çəkindirir. Bir də namaz qılmaq üçün məkanlar var:məscid,came, öz evin və təmiz bir yer. Məktəb isə oxumaq üçündür. Məktəb dini vacibatı yerinə yetirmək məkanı deyil. Zatən Quranın ilk əmri 'Oxu!' deyilmi? Məşhur türk ilahiyyat professoru Yaşar Nuri Öztürkün sitatı: Quranın və dolayısı ilə İslamın təməl prinsipi namaz deyil, oxumaqdır. Oxumağı əsas prinsip qəbul edən ölkələrlə namazı əsas prinsip qəbul edən ölkələrin inkişaf səviyyələrini müqayisə etmək kifayətdir ki, aralarındakı fərqi görək.
Dünyanın ən ağıllı,ən müdrik insanları yalnız oxumağa üstünlük veriblər. İslam Peyğəmbəri 1 saat elm oxumaq 40 il ibadətdən üstündür deyib.' Göründüyü kimi elə İslama görə o uşağın o yaşda namaz qılması, həm də məktəbdə namaz qılması düzgün deyil.(faktor.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3339 Tarix: 10 iyul 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha
14 dekabrMəktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə
15 dekabrBakıda toy karvanında 6 maşın toqquşdu - Video
Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib
15 dekabrQapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
14 dekabr72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi
14 dekabrDənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb
Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi
16 dekabr