"Ali Baş Komandanın adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq" - Deputat

"Ali Baş Komandanın adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq" - Deputat"Noyabrın 8-də Ali Baş Komandan ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarını tək qalib ölkənin lideri kimi deyil, həm də atasının vəsiyyətini uğurla icra edən övlad kimi ziyarət etdi".

Bu sözləri Sonxeber.az-a deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, sentyabrın 27-dən bu günə kimi biz tarixi günlər yaşayırıq:

"Düşmənin 30 ildə qurduğu istehkamlar və topladığı güc 1ayda yerlə yeksan olundu. İşğalçı Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib və ya qənimət kimi götürülüb. Qısa bir zamanda Şuşa, Füzuli, Zəngilan və digər işğalda olan torpaqlarımızın bir qismi azad edilib. Azad etməkdə də davam edirik. Ali Baş Komandanın adı Azərbaycan tarixinə böyük sərkərdə, güclü lider kimi qızıl hərflərlə yazılacaq. Bu gün bütün təzyiqlərin qarşısında qətiyyətlə dayanan cənab Prezident tək cəbhədə deyil, həm informasiya, həm də diplomatik sahədə qalib gələn müdrik şəxsiyyət, güclü sərkərdədir".

Deputat vurğulayıb ki, uğurla davam edən Vətən müharibəsi Azərbaycan xalqını bir yumruq kimi Ali Baş Komandanın və ordumuzun ətrafında sıx birləşdirib:

"Cənub bölgəsinin qəhrəman oğulları da bu savaşda aktiv iştirak etməkdədirlər. Tək cənub deyil, bütün bölgələrdən olan igidlərimiz ərazi bütövlüyümüz uğrunda canlarından, qanlarından keçirlər. Bu gün hamımız qarabağlı, şuşalı, kəlbəcərli, zəngilanlıyıq. Tək amalımız var, o da bütün torpaqlarımızı işğalçılardan təmizləyib, soydaşlarımızı doğma dədə-baba yurdlarına qovuşdurmaqdır. Bu bizim hər birimizin mənəvi borcudur. Əminəm ki, tezliklə bütün torpaqlarımızda Azərbaycanın bayrağı dalğanacaq. Hamımız Şuşaya gedib xarıbülbülün ətrini duymağa səbirsizlənirik. Bu qürurverici anları bizə yaşatdığı üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycanın şanlı ordusuna təşəkkür edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1420   Tarix: 09 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr