Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə o özünün "facebook"dakı səhifəsində yazıb.
"Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.
Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır", - deyə o qeyd edib.
Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, söhbət Ermənistanın kapitulyasiyasından gedir. Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad edilməsi 27 sentyabrda başlanmış müharibənin taleyini həll edib. Ötən gün daha 72 kəndin və 8 strateji yüksəkliyin işğaldan azad olunmasından sonra Ermənistan ağ bayrağa qaldırmağa məcbur olub.
Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.
Qeyd edilir ki, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə işğalçı ölkənin təslim olunması şərtlərinin uyğunlaşdırılacağı və razılaşmanın imzalanacağı videokonfrans keçiriləcək.
Sənəd cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını, atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq qısa müddətdə Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər, Laçın və Ağdamdan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu azad edilmiş ərazilərdə qalır. Qarabağın statusu müzakirələrin predmeti deyil.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 11623 Tarix: 10 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramaldanova ağır itki
Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov
15 dekabr"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını
17 dekabr"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev
Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə
12 dekabrPrezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar
15 dekabrPrezident qurultay iştirakçılarına müraciət etdi
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa
16 dekabrÖlkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
18 dekabrVardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
16 dekabr