Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏR

Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏRNoyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyannamənin şərtlərinə görə, Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr, Laçın 1 dekabr tarixlərinə qədər boşaldılmalıdır.

Bu gün Kəlbəcər tamamilə boşaldılmalı idi, lakin bu proses əlavə 10 gün uzadıldı.

Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Ermənistana 10 gün – 25 noyabra qədər vaxt verib. Bunun texniki səbəbləri var: 1. Kəlbəcər böyük rayondur və görünür 5 gün kifayət etməyib; 2. Ermənilərin Kəlbəcərdən çıxması üçün bir yolu var: eyni vaxtda əhali və erməni qoşunları bu yoldan çıxmalıdır; 3. Bu yol dardır və eyni anda qoşunlarla əhalinin çıxması 5 günə mümkün olmadı; Azərbaycan Rusiyanın xahişi ilə humanist addım ataraq, Ermənistana əlavə 10 gün vaxt verdi, lakin bu imzalanan bəyannamədə əksini tapmış qrafikin dəyişməsi demək deyil.

Razılaşmaya görə, Kəlbəcər, Ağdam və Laçının boşaldılması dekabrın 1-nə qədər başa çatdırılacaq. Bu dəyişməyən nəticədir. Azərbaycan bu məsələdə də humanistliyini nümayiş etdirdi . Burada diqqətçəkən məqam Ermənistanın Kəlbəcərdən vandalizm aktları törədərək çıxmasıdır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən ermənilər azərbaycanlılara məxsus evlərdə yaşayırdı. İndi rayonu tərk edərkən, həmin evləri yandırır, "biz yaşamırıqsa, heç kim yaşamasın" prinsipi ilə davranırlar. Bununla yanaşı, meşələri qırır, yandırır, bütün infrastruktura od vururlar.

Bu vandalizm ermənilərin mahiyyətini aşkar şəkildə göstərir. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz əksini tapır. Rusiyanın RBK agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilərin gedərkən evləri və meşələri qəsdən yandırdırırlar, hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında isə evi yandıran erməni belə deyir: "Mən yaşamıramsa, heç kim yaşamasın".

Bu vandallığa rəğmən, Azərbaycan humanizm göstərir, çünki eyni cür davranmaq nə bizim dövlətin, nə də xalqın mahiyyətində var. Beynəlxalq medianın yaydığı görüntülərdən də məlum olur ki, ermənilər təhlükəsiz şəkildə atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Hətta rahat şəkildə evlərin damına, unitaza qədər söküb aparırlar.

"Sputnik Ermənistan"ın çəkiliş qrupu Kəlbəcərdən çıxan erməni əhalisinin fotolarını yayımlayıb. Fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, daşıyırlar, mal-qaranı da rahat şəkildə apara bilirlər. Bu, 27 il öncə Kəlbəcərin işğalından sonra ermənilərin azərbaycanlılara qarşı vandallığını xatırladır.

1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. 27 il öncəki vəziyyətlə bugün baş verənlər arasındakı fərq iki ölkə, iki xalq arasındakı fərqdir.

Azərbaycan dövləti Ermənistanın etdiyini etməyəcək, çıxmaları üçün 10 gün əlavə vaxtı verilməsi də bunu bir daha sübut edir. 10 gün sonra ermənilər Kəlbəcərdən çıxacaqlar, dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın boşaldılacaq, azərbaycanlılar öz ata yurdlarına qayıdacaqlar. Amma ermənilərin bu gün Kəlbəcərdə etdiyi vandallıq unudulmayacaq.(publika.az)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 9739   Tarix: 15 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr