Azərbaycanda bu həftə "SMS icazə" sistemi geri qayıdır? - AÇIQLAMA

Azərbaycanda bu həftə "SMS icazə" sistemi geri qayıdır? - AÇIQLAMADünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Bununla bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etrməyən insanlardır. Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir. 15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10402   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

8 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

8 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr