Zəngəzur və Göyçə Azərbaycana verilir? - ŞOK DETALLAR
Qarabağın işğaldan azad olunması və ordusunun tarixi məğlubiyyətinin xofunu üstündən ata bilməyən erməni xalqı mövcud hakimiyyətə təhdidlər yağdırır.
Publika.az xəbər verir ki, onlar Ermənistan hakimiyyətinin Zəngəzuru Azərbaycana verəcəyindən narahatdır.
Sosial şəbəkələrin erməni seqmentində artıq Qarabağa dönüş və qondarma "Artsax"ın mövcudluğu kimi uydurma fikirlər yerini tarixi Azərbaycan torpağı olan Zəngəzurun itirilməsi təşvişinə buraxıb.
Liana Qriqoryan adlı istifadəçi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə keçmiş qondarma rejimin "müdafiə ordusu"nun komandanı general-leytenant Mikael Arzumanyanın görüşü ilə bağlı xəbərin şərh bölməsinə yazıb: "Ermənistanın xeyrinə erməni sərhədlərini qoruyun. Sunik və Geqarkuniki versəniz, xalq sizi bağışlamayacaq".
Şərhdə adıçəkilən Sunik bölgəsi tarixi Zəngəzur mahalının ərazisində yerləşir. 4,506 kv.km ərazisi, mərkəzi Qafan şəhəri olan bölgə şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir.
Geqarkunik isə tarixi Göyçə gölünün əhatəsində, Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşir.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Ermənistanın Azərbaycana vurduğu bütün zərərlər hesablanacaq və beynəlxalq məhkəmələrin qərarı ilə bütün zərərlər Ermənistana ödətdiriləcək. Bu zərər hələ ki 50 milyarda yaxın məbləğlə ölçülür. Lakin Ermənistanın bu məbləği Azərbaycana ödəyəcək qüvvəsi olmadığı üçün əvəzində torpaq verəcəyi bildirir. Tarixi ərazimiz olan Zəngəzurun qaytarılması beləcə gündəmə gəlib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6625 Tarix: 04 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meteohəssas insanlar üçün sabahın hava PROQNOZU
Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
2 aprelPolad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə
2 aprelAğdaşda 28 yaşlı qadın itkin düşdü - Foto
Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama
2 aprelHava ilə bağlı növbəti - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilə
3 aprelNovruz Məmmədov işindən ayrıldı - SƏBƏB
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. -a istinadən xəbə
3 aprel