300 illik Cəbəllütariq problemi yenidən alovlandı - yanvarın 1-dən...

300 illik Cəbəllütariq problemi yenidən alovlandı - yanvarın 1-dən...İspaniya, İngiltərə və Cəbəllütariq muxtar hökuməti "Brexit"in qüvvəyə minəcəyi 1 yanvar 2021-ci il tarixindən etibarən Avropa İttifaqının (Aİ) cənub sərhədi olacaq Cəbəllütariqlə əlaqəli bəzi məsələlərdə razılıq əldə etsə də, danışıqlar davam edir.

Sonxeber.az xəbər verir ki, təxminən 34 min insanın yaşadığı və 6,7 kvadrat kilometrlik ərazisi olan Cəbəllütariq qida ehtiyacları baxımından tam şəkildə xaricdən asılıdır.

Razılaşma əldə olunmazsa, Cəbəllütariq və İspaniya arasındakı mal mübadiləsi yanvarın 1-dən etibarən ciddi iqtisadi təsirləri olan tariflərə əsasən aparılacaq. 10 ay davam edən danışıqlar zamanı tərəflər noyabr ayında İspaniya tərəfində yaşayan və iş üçün hər gün Cəbəllütariqə daxil olan təxminən 15 min Aİ vətəndaşının (onlardan 10 mini ispaniyalıdır) gündəlik giriş və çıxış icazələrinin qanuni əsaslarını qəbul ediblər.

İspaniyanın "El Pais" qəzeti "Brexit"in rəsmi olaraq qüvvəyə minəcəyi 1 yanvar tarixindən etibarən Cəbəllütariq sərhədində qanuni keçid hüquqları barədə razılığın əldə edildiyini iddia edib. Qəzetdə yer alan xəbərdə Cəbəllütariqin ilk dəfə Şengen müqaviləsinə daxil ediləcəyi və yarımadada yaşayanların İspaniya və 26 Şengen ölkəsinə sərbəst girişlərinə icazə veriləcəyi bildirilib.

Qeyd edilib ki, yalnız Cəbəllütariq polisi və Aİ sərhəd təhlükəsizlik bölməsi "Frontex"in yanvarın 1-dən etibarən Cəbəllütariqdəki liman və hava limanlarına nəzarət edəcək və İspaniya polisi bölgəni müvəqqəti tərk edəcək.(Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1444   Tarix: 27 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi

Antarktidadan 1986-cı ildə ayrılan və dünyanın ən böyük aysberqlərindən biri olan A23a son peyk görüntülərində xarakterik ağ rəngini itirərək maviyə (göy rəngə) boyanıb. Təxminən 40 il boyunca peyklər tərəfindən izlənən və bir vaxtlar 400 kvadratkilometrlik nəhəng bir sahəni əhatə edən bu buz kütləsi

27 may
.

Çində sel təhlükəsi: yüzlərlə insan təxliyə edildi - VİDEO

Çində sel təhlükəsi ilə bağlı bəzi bölgələrdə ən yüksək xəbərdarlıq səviyyəsi olan "qırmızı xəbərdarlıq" elan edilib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Anhui və Hubey əyalətlərində güclü yağıntılar nəticəsində sel riski yaranıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 180

25 may
.

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası

Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır. Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Ye

25 may
.

CHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb

24 may
.

Puqaçovanın qəsri muzey ola bilər

Şoumen və prodüser Gera İvaşenko müğənni Alla Puqaçovanın Rusiyanın Qryaz kəndində yerləşən qəsrinin muzeyə çevrilməsini təklif edib. Axşam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. İvaşenkonun sözlərinə görə, bu addım uzun müddətdir istifadəsiz qalan binanın yenidən canlanmasına və bölgəy

29 may
.

Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer

Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti" təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5-6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır. Qaynarinf

26 may
.

Wi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır

Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur. Qaynarinfo xəbər verir ki, bu barəd

25 may
.

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c

24 may
.

Rusiyanın Rumıniyadakı bir konsulluğu bağlanacaq

Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq. Qafqazinfo" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Məlumata görə, oradakı konsul da "arzuolunmaz şəxs" elan edilib. Bildirlib ki, qərar diplomatik qaydaların pozulması il

29 may