Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer
Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti" təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5-6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır.
Qaynarinfo xəbər verir ki, adətən aktiv qırılma xətlərində belə sabit dövrlülük müşahidə olunmadığı üçün tədqiqatçılar bu fenomenin səbəbini uzun müddətdir araşdırırlar. Ekvador sahillərindən minlərlə kilometr uzaqda yerləşən Qofar qırılma xətti Sakit okean və Nazka tektonik plitələrinin kəsişməsində yerləşir. Bu plitələr bir-birinin yanından sürüşərək hərəkət edir və ildə təxminən 14 santimetr sürüşmə baş verir. Bu isə görünməsə də, böyük miqdarda enerji yığılması deməkdir.
Alimlər bu enerjinin niyə mütəmadi şəkildə boşaldığını öyrənmək üçün okean dibinə yerləşdirilən sensorlar vasitəsilə bölgəni uzun müddət izləyiblər. Nəticədə müəyyən edilib ki, böyük zəlzələlərin güclənməsini məhdudlaşdıran təbii "geoloji baryerlər" mövcuddur. Bu sahələr sanki təbii əyləc sistemi kimi işləyir.
İndiana Universitetindən seysmoloq Jianhua Qonqun sözlərinə görə, bu baryerlərin mövcudluğu əvvəldən məlum olsa da, onların işləmə mexanizmi indi daha aydın şəkildə başa düşülür. Müşahidələr göstərir ki, böyük zəlzələlərdən əvvəl həmin zonalarda minlərlə kiçik təkan - mikrozəlzələlər artır, daha sonra isə böyük sarsıntıdan sonra tam sakitlik yaranır.
Araşdırmalar göstərib ki, bu sahələrin strukturu hamar və vahid deyil, əksinə çoxsaylı çatlardan ibarət mürəkkəb bir sistemdir.
Ən maraqlı nəticələrdən biri dəniz suyunun təsiri ilə bağlıdır. Okean suyu dərin çatlara sızaraq sürtünməni dəyişir. Böyük zəlzələ dalğası bu rütubətli və parçalanmış struktura çatdıqda, süxurlar bir-birinə daha güclü "kilidlənir". Bu isə hidravlik əyləc effekti yaradır və enerjinin tam sərbəst buraxılmasının qarşısını qismən alır.
Qofar qırılma xətti yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün bu dövri zəlzələlər insanlar üçün birbaşa təhlükə yaratmır. Lakin alimlər hesab edirlər ki, oxşar mexanizmlər dünyanın digər aktiv fay zonalarında da mövcud ola bilər.
Bu proseslərin daha yaxşı anlaşılması gələcəkdə böyük zəlzələlərin necə və nə zaman baş verə biləcəyini daha dəqiq proqnozlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 624 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşanın Baş naziri təcili müşavirə çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının naməlum uçuş obyekti tərəfindən pozulması ilə əlaqədar təcili müşavirə çağırıb. Hadisə Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda baş verib. Tusk "X" sosial şəbəkə hesabında bildirib ki, müşavirədə hökumət üzvləri, Polşa Silahlı Qüvvələrini
20 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib. "Qafqazinfo" BBC-yə istinadən xəbər veri
21 noyabrGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabr