Yeni doğulmuşlara hansı peyvəndlər edilməlidir?

Yeni doğulmuşlara hansı peyvəndlər edilməlidir?Yeni doğulmuşların infeksiyalara qarşı ən böyük müdafiəsi ana südü və peyvəndlərdir. Yenidoğulmuşlar anadan aldıqları anticisimlərlə infeksion xəstəliklərdən qorunurlar. Lakin bu təsir qısamüddətli olur. Digər tərəfdən, yenidoğulmuşlar bəzi infeksion xəstəliklərə qarşı anadan keçən anticisimlərlə qoruna bilmirlər.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Nazilə Hüseynova bildirib.

Həkim qeyd edib ki, yenidoğulmuşlara peyvənd vurulmazsa və onlar xəstəliyin mikrobu ilə qarşılaşarsa, orqanizmləri xəstəliklərlə mübarizə aparacaq qədər güclü olmur: "Peyvəndlər tapılmadan öncə, uşaqların çoxu infeksion xəstəliklər səbəbilə tələf olurdu. Eyni mikroorqanizmlər bu gün də var, ancaq yenidoğulmuşlar peyvəndlər sayəsində qorunmaqdadır.

Qeyd edim ki, tətbiq edilən profilaktik peyvəndlər nəticəsində son illərdə yenidoğulmuşlarda infeksion xəstəliklərin azalması müşahidə olunur.

Yenidoğulmuşlara su çiçəyi, Hepatit A, Hepatit B, meningit, məxmərək, qızılca, parotit, göy öskürək, pnevmokok pnevmoniyası, uşaq iflici, difteriya, tetanus, quduzluq, meninqokok, qrip xəstəliklərinə qrşı peyvəndlər edilə bilər".

Pediatr bildirib ki, peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun fasilələrlə olunması əsas şərtdir: "Ona görə də uşaqlara xəstəliklərə tutulma riskinin ən yüksək olduğu dövrlərdən əvvəl peyvənd olunması lazımdır. Yenidoğulmuşların həkim tərəfindən ilk müayinəsindən sonra valideynlərə rutin peyvənd proqramı ilə bağlı lazımı məlumatlar verilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 881   Tarix: 27 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021