Yeni ildə UŞAQPULUNUN VERİLMƏSİ ilə bağlı MÜHÜM AÇIQLAMA
Xəbər verdiyimiz kimi, qarşıdan gələn yeni ildə diqqətdə olan bir çox ictimai məsələlərin həll edilməsi müzakirə mövzusudur. Bunlardan biri ailələrə veriləcək uşaqpulu ilə bağlıdır.
Maraqlıdır, 2021- ci ildə ailələrə uşaqpulu veriləcəkmi?
Bununla bağlı Sonxeber.az-a deputat Razi Nurullayev açıqlama verib. O bildirib ki, uşaqpulu cəmiyyəti düşündürən məsələdir:
"Mən insanların bu tələbini haqlı sayıram. Bu ilə dövlət büdcəsi qəbul edilib və parlamentə göndərilib. Burada uşaqpulu ilə bağlı müddəa yoxdur. Yeni ildə uşaqpulunun verilməsi ilə bağlı məsələ gündəmdə deyil. Mart ayında, yaxud digər aylarda yenidən dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəd parlamentə təqdim edilə bilər. Bu zaman müzakirə olunub, büdcəyə əlavə kimi sözügedən məsələ gündəmə çıxarıla bilər. Hələ ki, bununla bağlı konkret məsələ yoxdur. Yəni hazırkı qəbul etdiyimiz büdcədə uşaqpulu yoxdur.
Sabah dövlət büdcəsinin üçüncü oxunuşudur. Sosial müdafiə naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov bizim qaldırdığımız məsələ ilə bağlı öz fikirlərini bildirə bilərlər. Düşünürəm ki, sabah hökümət üzvləri uşaqpulu ilə bağlı vəziyyətin necə olması barədə fikirlərini deyəcəklər. Mənim düşüncəm ondan ibarətdir ki, torpağımızı kasıb balaları aldı. Həmin uşaqlar hər gün doğulur və sabah Azərbaycanın üzərini qara buludlar alanda onlar yenə də Vətəni qorumağa gedəcəklər.
Gələcəyin əsgərlərinin anasından qiymətli xəzinəmiz yoxdur. Əgər biz maliyyəmizi bu xəzinəyə vermiriksə, onların sağlam böyüməsini istəmiriksə, daha nəyə verəcəyik? Bizim üçün lazım olan insan faktorudur".
Şəlalə Babayeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 18012 Tarix: 28 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar icla
16 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrAzərbaycanda elektron siqaret - Qadağan edilir
Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun
16 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrCəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabrDTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye
15 dekabrTovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y
16 dekabrAzərbaycan Universitetində bədbəxt hadisə
Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı
15 dekabr