"Yoldaşımın burnunu kəsib, ÇƏNGƏL ilə qızıl dişlərini çıxart DEDİLƏR" - DƏHŞƏT saçan Xocalı FACİƏSİ

"Yoldaşımın burnunu kəsib, ÇƏNGƏL ilə qızıl dişlərini çıxart DEDİLƏR" - DƏHŞƏT saçan Xocalı FACİƏSİXocalı hadisələrinə canlı şahidlik edənlər arasında təəssüf ki, çoxlu qadın da var. Onlardan biri də Məlahət Hüseynovadır.

Sonxeber.az Xocalı sakini Məlahət xanımın faciə zamanı yaşadıqlarını izləyicilərə təqdim edir:

"Xocalı faciəsi elə bir faciədir ki, o heç vaxt yaddaşlardan silinməz. O həyacanı yaşayan insan olanları unudarmı? Heç zaman!

İndi o qədər ağlamışam ki...25 fevral axşamı ermənilər 4 tərəfdən Xocalıya hücuma keçdi. Biz hücumdan qorunmaq üçün zirzəmilərə sığınmışdıq. İnsanlar xəstəxanaların, məktəblərin, bağçaların, kim hansı əraziyə yaxın idisə, oradakı zirzəmilərində gizlənirdi. Evin zirzəmisində qalmağa qorxurduq.

Sol tərəfdən, ürək nahiyəmdən, omba hissəsindən snayper gülləsi dəymişdi. Xəstəxanada olduğumu bir aydan sonra bildim. Bədənimdə qan qalmamışdı. Gecə atışma düşəndə biz meşəyə qaçdıq. Mən qarşı tərəfə keçmək üçün Qarqar çayına girdim. Bir oğlum vardı deyə onu boynuma aldım, qızın birini arxadan kürəyimə, birini də qucağıma alıb çaya girdim. Digər qızım isə əsir düşən bibisinin yanında idi. Çaydan çıxandan sonra paltarlarımızı soyunub atdıq ki, ayaqlarımız donmasın. Ayaqyalın vəziyyətdə qarla addımladıq. Ermənilər hazırlıqlı idi. Onlar tarixdə bağışlanılmaz iz qoydular, elə bir faciə törətdilər ki, Allah da onları bağışlamaz.

Ermənilər hazır vəziyyətdə, səngərin içində bizi gözləyirdilər. Onlar insanları kütləvi atəşə tutan zaman güllə arxadan qızım Marala dəydi və sinəsindən qan axmağa başladı. Vəziyyəti belə görüb qızımın yanında oturdum ki, gəlsinlər məni də öldürsünlər. Qızımı daşın üzərinə uzandırdım, iki dəqiqə sonra üzünü örtmək üçün əyiləndə mənə də güllə dəydi. Bədənim rezin kimi yığılıb-açıldı. Qan məni apardı. Uşağın meyitinin yanına düşüb qalmışam. Mən huşumu itirdim deyə, heç nədən xəbərim olmayıb. Rəhmətlik Əlif Hacıyev 12 uşağı Ağdama keçirəndə o biri uşaqları da özü ilə aparıbmış. Oğlumun yolda yanında tank partlamışdı deyə paralic keçirmişdi. Elə o vaxtdan da oğlum ikinci qrup əlildir. Uzun illər xəstəxanalarda olub.

Omba sümüyümə pulemyot gülləsi dəyib, bu nahiyəmi parçalamışdı. Hələ də sağlamlığımda problemlər var. Ermənilər əsirlikdə qalan yoldaşıma işgəncələr verib, ona demişdilər ki, çəngəl ilə qızıl dişlərini çıxart bizə ver. Sonra ağzının üzərinə təpiklə elə vurmuşdular ki, zərbənin təsirindən ağzında bir dişi salamat qalmamışdı. Daha sonra burnunu kəsmişdilər, qulağını kəsmək istəyəndə isə ermənilərdən biri yeni azərbaycanlı əsirlərin gəldiyini dediyi üçün yoldaşımı buraxmışdılar".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3185   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən -a verilən məlumata görə, həmin gün ali və orta ixtisa

8 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may
.

Qərbi azərbaycanlılara qaçqın statusu VERİLMƏLİDİR - TƏKLİF

Bu gün qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı dövlətin prioritet vəzifələrindən biridir. Bunun həyata keçirilməsi üçün müvafiq işlərə başlanılıb. Artıq mərhələli şəkildə Qarabağa keçmiş məcburi köçkünlərin mərhələli yerləşdirilməsi prosesi gedir. Bununla da, Qarabağa yerləşdirilən keçmiş məcbur

8 may
.

Mayda havalar niyə soyuq keçir? SƏBƏBİ BİLİNDİ

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqli

8 may
.

Azərbaycanda 102 yaşlı qadın təltif edilib - FOTO

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Xidmətdən APA-ya verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenan

8 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

8 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may