"Barı Naxçıvan" mahnısını ifa edən britaniyalı - VİDEO - FOTO
Ötən həftə sosial şəbəkələrdə Britaniyalı kişinin Azərbaycan mahnısı ifa etdiyi videogörüntülər geniş müzakirələrə səbəb olmuşdu.
Hər kəsə maraqlı olan isə onun Azərbaycan dilinə olan marağı və musiqini bu qədər ürəkdən ifa etməsi idi.
Sonxeber.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı Tomas Modi ilə həmsöhbət olub və bir neçə məqama aydınlıq gətirib.
Azərbaycanın "Barı Naxçıvan" mahnısını ifa edən britaniyalı bununla ölkəmizə olan sevgisini ifadə etməyə çalışdığını bildirib.
34 yaşlı Tomas Modi Azərbaycana olan sevgisini həyat yoldaşı ilə əlaqələndirib:
"Mənim həyat yoldaşım azərbaycanlıdır. Onunla çalışdığımız şirkətdə tanış olmuşuq. Tanışlıq müddətində yoldaşım mənə Azərbaycan dilində sözlər öyrətməyə başladı. Əvvəlcə sözləri öyrəndim, daha sonra bu sözləri tez-tez istifadə edərək yadda saxladım. Daha sonra kiçik cümlələr qurmağı öyrəndim".
Azərbaycan musiqilərinə olan marağını isə Tomas belə izah etdi:
"Həyat yoldaşımla birlikdə Azərbaycan mahnılarını dinləyirdim. Xoş, ürəyə yatan musiqi tempi var. Azərbaycan musiqilərinin insanı düşüncələrə aparan qəribə bir sehri var. Dinlədikcə öz-özümə zümzümə edirdim. Daha sonra kiçik videolar çəkməyə başladım. Heç düşünməzdim ki, o videolar bu qədər geniş kütləyə çatar və rəğbətlə qarşılanar. Bildiklərim arasında "Barı Naxçıvan", "Sarı gəlin", "Yürü Azərbaycan" adlı mahnılar var".
Tomas Hodi Azərbaycana dəfələrlə gəldiyini və buranı çox sevdiyini deyir:
"Dəfələrlə Azərbaycanda olmuşam. Azərbaycanı, onun dilini, ənənələrini, xüsusilə də musiqilərini çox sevirəm. Bu mahnıları oxumaqdan zövq alıram.
Bəlkə də sizə təəccüblü gələcək, amma evimizdə əsasən Azərbaycan dilində danışmağa çalışırıq. Mən də, uşaqlarımız da Azərbaycan dilini müəyyən qədər mənimsəmişik. Həyat yoldaşımla hər ikimiz işləyirik. Röyalənin anası hər il həm uşaqlarla vaxt keçirmək üçün, həm də biz işdə olduğumuz zaman onların qayğısına qalmaq üçün bir neçə ay bizimlə yaşayır. Bu zaman həm uşaqlar, həm də mən qayınanamla Azərbaycan dilində danışırıq. Ümumiyyətlə evdə tez-tez Azərbaycan dilində danışmağa çalışırıq. Bu da bizə dili daha səlis öyrənməyə kömək edir".
Qeyd edək ki, Tomas Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri Baş Komandanlığında NATO və Avropa şöbəsinin müdiri vəzifəsində çalışan həmyerlimiz "John" ləqəbli Nəimi Amiralın bacısı Röyalə xanımın həyat yoldaşıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1527 Tarix: 15 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşada sirli hadisə: Meşəyə naməlum obyekt düşdü
Polşanın şərqində yerləşən Minsk-Mazovetski şəhəri yaxınlığında uçan naməlum obyektin (UNO) düşməsi qeydə alınıb. "RMF FM"ə istinadən xəbər verir ki, obyekt Minsk-Mazovetski yaxınlığındakı Rudnik qəsəbəsinin meşəlik ərazisinə düşüb. Bildirilib ki, hadisə yaşayış məntəqələrindən xeyli uzaqd
29 martPapoyan: Azərbaycan üzərindən Ermənistana mal tədarükü müntəzəm hal alır
Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib
4 aprelİtkin düşən pilotlar ABŞ-İran müharibəsinə təsir edə bilərlər?
ABŞ-nin vurulan "F-15E" qırıcı təyyarəsinin itkin düşmüş pilotunun taleyi İran münaqişəsinin tarixində həlledici ola bilər. xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məqalə dərc edib. Məqalədə vurğulanır ki, hər iki pilotun uğurla xilas edilməsi Vaşinqton rəhbərliyinin addımların
4 aprelƏsrin oğurluğu: Avropada 12 ton şokolad yoxa çıxdı
Naməlum şəxslər 413 mindən çox "KitKat" batonunu daşıyan yük maşınını oğurlayıblar. AFP-yə istinadən xəbər verir ki, bu barədə "Nestle" şirkətinin mətbuat xidməti məlumat yayıb. Hadisə ötən həftə baş verib. Yük maşını İtaliyadakı zavoddan Polşadakı paylama mərkəzinə şokolad batonlar
29 martPutin Moskvada Paşinyanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacaq. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakir
31 martPaşinyan yenidən Baş nazir postuna namizədi oldu
Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb. Qaynarinfo-nun məlumatına görə, bu barədə Paşinyan sosial şəbəkələrdə yazıb. Baş nazir bildirib ki, səsvermənin nəticələrinə görə onun namizədliyi hökumət başçısı postuna irəli sürülüb
30 martÜTT üzvləri arasındakı saziş milli qanunvericiliyə uyğun tətbiq ediləcək
Avstraliya, Çin, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) daxil olmaqla dünya ticarətinin 70 faizini təmsil edən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvləri öz aralarındakı sazişi milli qanunvericiliklərində tətbiq edəcək. "Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb
29 mart