Papoyan: Azərbaycan üzərindən Ermənistana mal tədarükü müntəzəm hal alır
Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Ermənistana Azərbaycan mənşəli 1-2 mal daxil olur: benzin, dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan üzərindən nə isə daxil olur. Məsələn, supermarket şəbəkələrindən biri, "Nor Zovk", Azərbaycan ərazisindən manna yarmasının idxalı üçün müraciət edib, digər bir təşkilat Rusiya kömürünün idxalı üçün müraciət edib, üçüncüsü taxıl üçün, dördüncüsü gübrə üçün. Bu, artıq çox geniş yayılmış bir hala çevrilib. Mən artıq nə qədər malın daşınmalı olduğunun hesabını itirmişəm", - o deyib.
Papoyan, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların mövcudluğu ilə bağlı suala da müsbət cavab verib:
"Belə məhsul var, folqa ilə bağlı konkret sorğu olub və Azərbaycan tərəfi folqa üçün konkret qiymət istəyib, bizim istehsalçımız isə onu təqdim edib. Başqa sözlə, onlar dedilər: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? Bizim istehsalçımız həcmi, qiyməti təqdim etdi, biz hələ ki cavab almamışıq", - nazir bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 472 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabr