Bank müdirinin intihar etməsinin əsl səbəbi məlum oldu
Bu gün bankların birinin filial müdiri Mahir Sultanovun intihar etməsinin səbəbi ilə bağlı məlumatlar yayılıb.
Sonxeber.az "Unikal.org"a istinadən xəbər verir ki, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib. Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.
Qeyd edək ki, paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 7511 Tarix: 17 may 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMaşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video
Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə
25 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprelAvtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)
Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl
26 aprelBakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə
26 aprelHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada
26 aprel