Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhəti

Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiİdman uşaqların təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığının təməlidir.

Apasport.az saytının məlumatına görə, xüsusən də, yeniyetmə yaşda olanların idmana yönləndirilməsi çox vacibdir.

Bu, hər şeydən əvvəl valideyn üçün övladının pis vərdişdən uzaq durması, sabahının sağlam olması baxımından önəmlidir.
Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiKiçik yaşlarında idmana getmək mənlik dəyərini artırır
İdmanla məşğul olmaq insanda kiçik yaşlarından özünəinam formalaşdırır, onu bir şəxsiyyət kimi yetişdirir, mənlik dəyərini artırır. Bəzi idman növləri düşünmə bacarığını genişləndirir, hadisələri öncədən sezmə qabiliyyəti yaradır. Həm də yeni fəaliyyət növlərini sınamaq baxımından idman vacibdir. Çünki bununla uşaqlar yeniliklər axtarır, rəqabət aparmaq hissində olurlar ki, bu da özünüinkişafda faydalı hesab edilir.

İdman uşaqlarda liderlik bacarığı da formalaşdırır. Liderlik məsuliyyət deməkdir ki, bunun da hər bir insanın həyatına mütləq böyük təsiri var. Həmyaşıdları ilə daim ünsiyyət qurmaq uşaqlarda liderlik xüsusiyyətinin artmasına gətirib çıxarır. Bu, ən çox da kollektiv idman növlərində tələb olunan əsas meyarlardan biridir. Çünki istənilən komandanın məşqçisi ilə yanaşı, bir liderinin olması nəticələrinə də birbaşa təsir göstərir.
Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiLiderliklə yanaşı, dostluğu formalaşdırır - idman
Daim eyni uşaqlarla idman etmək, bir yerdə vaxt keçirmək uşaqlarda dostluq bacarığı da yaradır. Böyüklər kimi, azyaşlılar arasında da özünə qapanıqlar olur. İdman, ünsiyyət, daim münasibətdə olmaq onların bu probleminin həlli yönündə böyük rol oynayır. Bütün bunların dostluq qurmaqda ciddi faydası var. Keçilən məşqlər uşaqlarda bir-birinə bağlanma, inam və sosiallaşma yaradır. Nəticədə onlar uzunmüddətli dostluqlar qura bilirlər.

Psixoloqlar hesab edir ki, yeniyetmə və gənclər müasir dövrdə fiziki görünüşə böyük önəm verirlər. Xüsusən də, gəncləri bədən quruluşları narahat edir, mənfi düşüncədə olurlar, özgüvənləri aşağı düşür. Bəlli yaşdan sonra bunu qaydaya salmaq üçün fədakarlıqlar edir, xüsusi idman proqramları ilə fiziki durumlarını yaxşılaşdırmağa çalışırlar. Halbuki kiçik yaşlardan idmanla doğru şəkildə məşğul olmaq həm insanda təbii yolla fiziki görünüş yaradır, həm də özünəinam formalaşdırır. İdman mütəxəssisləri də məsləhət görürlər ki, kiçik yaşlarındakı uşaqlar sabahın idmançısı olmaq üçün ilkin olaraq üzgüçülük, gimnastika və atletika ilə məşğul olmalıdırlar. Çünki bundan sonra onlar sevdikləri növü rahatlıqla seçə bilirlər.
Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiBu günün yeniyetmə idmançısı, sabahın hazır əsgəri
Hər idman növünün öz qaydaları, tələbləri var. Onunla məşğul olanlar həm də qaydalara əməl etməyi, çərçivəsindən çıxmamağı öyrənir. Bu vərdiş insanı intizamlı vətəndaş kimi yetişdirir, həyatı boyu hər addımını atdığı zaman bu barədə öncədən düşünməyə vadar edir. Hətta onlar sabahın əsgəri olaraq Vətəni qorumağa da tam hazır vəziyyətdə yollanırlar.

Uşaqlıqdan idmanla məşğul olmaq bəlli yaşa gəldikdə də sağlam, gümrah qalmağa xidmət edir, digərləri ilə müqayisədə bədəndə ağrıları azaldır, beyni daim inkişafda saxlayır. İdmanın insan həyatına müsbət təsiri düşündüyümüzdən də çoxdur. Məsələn, stressdən uzaq tutur, qayğını unutdurur, yuxu rejimini qaydaya salır, artıq çəkidən xilas edir, ürəyi gücləndirir, özünü yüngül və enerjili hiss etdirir, qan təzyiqini aşağı salır. Bir sözlə, idman sağlamlığın və gümrahlığın rəhmidir.
Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiİdman növünü valideyn seçməli deyil
İdman uşaqların gələcək həyatında müxtəlif variantlardan istifadə edən, daim yeniliklər axtarmaq qorxusunu aradan qaldıran vasitədir. Radikal dəyişikliklər etmək asan deyil. Təbii ki, valideynin övladını hansısa idman növünə məcbur qoyması doğru deyil. Etiraf edək ki, bu cür problemlər bütün dünyada mövcuddur. Məsələn, hansısa uşağın boksa həvəsi var, ancaq valideyn öz marağını üstün tutaraq onu futbola yazdırmaq qərarına gəlir. Bu isə bəzi hallarda uşaqda özünəinamı, qərar vermə bacarığını azaldır. Bir çox idman ölkəsində isə durum fərqlidir. Məsələn, uşaq hansısa idman növünə valideynin və özünün istəyi ilə yazıla bilməz. Onlara qan qrupuna, fiziki göstəricisinə uyğun olaraq bölmələrə yazılmaq məsləhət görülür. Ölkəmizdə gimnastikanı seçmək istəyənlərdən də bunlar tələb olunur. Bu da ondan irəli gəlir ki, bədii gimnastika daha ecazkar hesab olunduğu üçün çoxları qızlarının bu idman növü ilə məşğul olmasını istəyir. Lakin bəzi valideynlərlə söhbətdə sonradan fikirlərinin dəyişdiyinin şahidi oluruq. Onlar mentalitetimizə uyğun olaraq idman gimnastikası və ya gimnastikanın digər növünün qızlarda bədən quruluşuna təsir etdiyini düşünürlər. Ancaq sonradan uşağının, həqiqətən də, burada özünü tapdığının şahidi olaraq, sevincini gizlətmirlər.
Uşaqlar üçün idman növü necə seçilməlidir? - Psixoloq məsləhətiPsixoloq valideyn istəyi ilə uşağın idman növünü seçməsinə qarşıdır
Psixoloq Vüqar Xəlilovun fikrincə, uşağı hansısa idman növünə yazdırdıqda onun bacarıq funksiyalarına da diqqət yetirmək şərtdir: "Bəzən valideyn deyir ki, mənim oğlum futbolçu və ya güləşçi olmalıdır. Ancaq övladının həm özünün, həm də bədən funksiyalarının həmin idman növünə uyğun gəlib-gəlmədiyini düşünmür. Təəssüf ki, hələ də bu fikirdə olan insanlar var. Uşağın boyu, çəkisi, cəldlik dərəcəsi və bir çox xüsusiyyətləri onun hansı növə uyğun olduğunu təxmin etmək üçün kifayət etməlidir. Uşağı düzgün yönləndirmək onun gələcək həyatında böyük uğurlar əldə etməsinə ciddi təkandır. Hətta ən düzgün təməldir desək, yanılmarıq. Bunu edərkən də mütləq uşağın fikirlərini dinləmək, ona doğru istiqaməti xoş münasibətlə vermək vacibdir. Ata və ya ananın özü bacarmadığını uşağının reallaşdırmasını istəməsi onu uçuruma sürükləyə, onda idmana nifrət yarada bilər. Bu bir növ öz həyatını kompensasiya etmək deməkdir. Belədə övladı qatıldığı ilk yarışda uğursuz nəticə əldə etdiyi zaman bədbinlik yaranır. Bu cür valideynlərin psixoloqlara müraciəti daha çox olur. Onlara verilən ilk məsləhət istənilən nəticədən sonra uşağa dəstək olmaq, onu ruhdan salacaq hərəkətlərə yol verməməkdir".

Xəlilov bildirib ki, artıq Azərbaycanda bir çox qurumlarda, o cümlədən orta məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Bu təcrübə idman bölmələrində də tətbiq edilsə, bundan qazanan Azərbaycan gəncliyi və idmanı olacaq: "Çünki belə olacağı halda psixoloq uşağa gəldiyi idman növünü sevdirəcək, onun daha həvəslə işləməsi üçün lazımi məsləhətləri verəcək. Psixoloqun idman növlərində fəaliyyətinin digər faydası isə məcburiyyətdən bölmələrə yazılan uşaqları düzgün istiqamətləndirməkdir".

Psixoloq onu da qeyd edib ki, valideyn yeniyetmə idmançıların psixoloji hazırlığını düzgün qursa, əlavə köməyə ehtiyacları qalmaz. Onlar bunun üçün əvvəlcə uşağa psixoloji dəstək verməyi özləri öyrənməli, ardınca hər bir yanaşmada uşağın məşğul olacağı vərdişə sevgi yaratmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1066   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMA

Bildiyimiz kimi, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Lakin bel

3 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

3 may
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may