"Patı" istifadə edəni necə tanımalı? - 12 əlamət

"Patı" istifadə edəni necə tanımalı? - 12 əlamətHazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" demək olar ki, əksər ölkələri cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Lakin yenə də bu yolun yolçuları "məslək"iərindən əl çəkmirlər...

Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr, 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.

Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?

Lent.az xəbər verir ki, bu barədə həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınski cəmiyyət üçün lazımlı məlumatları verib:

"El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.

Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.

Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar.

Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.

Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.

Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:

- Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir

- Sifət qızarmış olur

- Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur

- Baxışları bir nöqtəyə dikilir

- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur

- Hamının sözünü kəsir, özü durmadan danışır

- Ətrafdakıların onun sözünə reaksiyasına əhəmiyyət vermir

- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır

- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər

- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.

- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə

- Tənəffüs səthi və fasiləli olur

- Nəbz çox tezləşmiş, sürətlidir

- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur

Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.

Bütün sintetik narkotiklər - "şüşə", "kokos", "spayz" hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5671   Tarix: 08 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı

Lobya 100 il yaşamaq istəyənlər üçün vacib qida maddəsi adlandırılıb. " "ya istinadən xəbər verir ki, məşhur qida mütəxəssisi Den Büttner uzun ömür üçün lobya yeməyi məsləhət görüb. "Daily Mirror" qəzetinin yazdığına görə, lobya və digər paxlalı bitkilər əksər yüzilliklərin pəhrizind

28 aprel
.

Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - AÇIQLAMA

Gündə bir dəfə qidalanma orqanizmdə mənfi biokimyəvi dəyişikliklərə və fəaliyyət pozuntularına səbəb ola bilər". xarici mediaya istinadən xəbər verir ki, bu barədə sağlam qidalanma üzrə mütəxəssis Yekaterina Kim "RIA Novosti"yə müsahibəsində xəbərdarlıq edib. "Gündə bir dəfə yemə

5 may
.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır. xəbər verir ki, duş liflərinin məsaməli quruluşu suyu daxilində həbs edir ki, bu da quruma prosesini çətinləşdirir

25 aprel
.

Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?

Makaron uzun zamandır mətbəxlərin təməl daşlarından biridir və dünya miqyasında sevilən qidalardandır. 600-dən çox fərqli forması olan bu qida balanslı bir pəhrizin parçası kimi istehlak edildikdə sağlamlıq üçün bir çox fayda təmin edir. xəbər verir ki, makaron aktiv həyat tərzi üçün lazım olan komplek

3 may
.

Suçiçəyi haqqında nəyi biləməliyik?

"Suçiçəyi və suçiçəyi əlamətləri adətən uşaqlarda rast gəlinən və Varicella Zoster Virus (VZV) (Herpes II) tərəfindən törədilən yoluxucu xəstəlikdir. Bu xəstəlik xüsusilə immun sistemi zəif olan uşaqlar üçün daha ağır fəsadlara səbəb ola bilər. Suçiçəyi bir şəxsdən digərinə öskürək və ya asqırm

28 aprel
.

Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında mədə xəstəlikləri barədə müzakirə aparılıb. Qastrit və mədə xorasının səbəbləri nədir? Stres mədə xəstəliklərinə təsir edirmi? Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Antibiotik müalicəsi nə zaman tətbiq olunur? Helikobakte

3 may
.

Uşaqlar niyə tez-tez xəstələnir? - Özbaşına vitamin vermək olmaz

Uşaqların sağlam böyüməsi və hərtərəfli inkişafı onların gündəlik qidalanma rejimi ilə birbaşa bağlıdır. Erkən yaşlardan formalaşan düzgün qidalanma vərdişləri yalnız fiziki inkişafı deyil, həm də zehni fəaliyyətin güclənməsini, immun sisteminin möhkəmlənməsini və gələcəkdə sağlam həyat tərzinin əsasın

3 may
.

Asqırarkən etdiyi səhv ona baha başa gəldi

Rusiyada qeyri-adi tibbi hadisə baş verib. Bir kişi asqırarkən burnunu tutduğu üçün boğaz nahiyəsində ciddi zədələnmə alıb. xəbər verir ki, həkimlərin məlumatına görə, bu zaman yaranan güclü təzyiq qırtlaq bölgəsindəki toxumaların zədələnməsinə səbəb olub və hava yumşaq toxumalara yayılıb. Nəticədə onu

3 may
.

Çiyələk sağlamlıq üçün niyə bu qədər faydalıdır?

Dadlı olmaqla yanaşı, çiyələk orqanizm üçün əsl vitamin mənbəyi hesab olunur. Mütəxəssislərin fikrincə, bu yay meyvəsi immun sistemini gücləndirə, ürək sağlamlığını dəstəkləyə və hətta bəzi ciddi xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, mövsümü başlayan çiyələ

5 may