Xankəndində ev satmaq istəyən ermənilər BU ŞƏRTLƏRƏ əməl etməlidirlər - AÇIQLAMA
44 günlük Vətən müharibəsindən sonra bölgədə yaşayan ermənilər artıq Laçın dəhlizi vasitəsilə Xankəndi və ətraf əraziləri tərk edirlər. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilərin bir çoxları qanunsuz olaraq Xankəndindəki evlərini 50-60 min dollar civarında satışa çıxarıblar. Bildiyiniz kimi, o ərazilər Azərbaycanın suveren və dünya ictimaiyyəti tərəfindən tanınılan əraziləri olduğuna görə bizim dövlətin icazəsi olmadan baş verən bu tip hadisələr qəbuledilməzdir.
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanın mülki qanunvericiliyinə əsasən, daşınmaz əmlak, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallarda daşınar əmlak hüquqlarının əmələ gəlməsi və ya xitamı dövlət qeydiyyatına alınmalıdır:
"Dövlət qeydiyyatı isə qanunvericiliklə müvafiq dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, o cümlədən alğı-satqı və s. formada başqasına keçməsinin dövlət qeydiyyatı üçün qanunla əsaslar müəyyən olunub. Konkret olaraq ev, yaxud mənzillərə dair sərəncam verilməsi haqqında müqavilələr, yəni alğı-satqı və ya bağışlama notariat qaydasında təsdiqlənməlidir. Yalnız bundan sonra daşınmaz əmlaka sahiblik və istifadə hüququ əqd notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Habelə, əgər əmlak dövlət reyestrində qeydiyyata alınmayıbsa, daşınmaz əmlak barəsində müqavilənin notarial təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış istənilən müqavilələr etibarsız sayılır.
Azərbaycanın digər inzibati ərazi vahidlərindən biri, beynəlxalq hüquqla təsbit olunmuş ayrılmaz hissəmiz və Qarabağ İqtisadi Rayonunun mərkəzlərindən biri olan Xankəndində də əmlak münasibətləri yalnız və yalnız milli qanunvericiliyin tələbləri çərçivəsində realizə oluna bilər. Yəni hər hansı daşınmaz əmlak, o cümlədən reyestrdə qeydə alınmalı olan daşınar əmlak yalnız Azərbaycan qanunvericiliyi əsasında yaradılan və dövlət tərəfindən tanınan notariatda təsdiq olunmuş müqavilə əsasında alğı-satqı edilə, müvafiq icra strukturunun reyestrində qeydə alına bilər.
Məlumdur ki, Xankəndi hazırda müvəqqəti olaraq sülhməramlı qüvvələrin nəzarətindədir. Əmlak münasibətlərinin realizəsi üçün bu şəhərdə Azərbaycan hakimiyyət orqanlarının müvafiq yerli strukturları fəaliyyət göstərmir. 30 illik işğal dövründə Xankəndi şəhərində və ətraf ərazilərdə müvafiq funksiyaları öz üzərinə götürmüş separatçı qurumların isə heç bir statusu yoxdur. O cümlədən də bu cinayətkar şəbəkənin verdiyi, yaxud təsdiqlədiyi heç bir sənədin hüquqi qüvvəsi ola və hər hansı bir formada tanına bilməz.
Üstəlik, Xankəndində yaşayan ermənilərin xeyli hissəsinin əmlakı son 30 ildə, Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmadan, əldə edildiyi, habelə azərbaycanlılara məxsus əmlak zəbt edildiyi üçün hansısa hüquqi prosesdurların aparılması mümkün deyil. Sovet dövründən Xankəndində qanuni əsaslarla əmlaka sahib olan erməni vətəndaşlarımız isə əmlak alğı-satqısı üçün mütləq Azərbaycan hakimiyyət orqanlarına müraciət etməlidirlər. Bunun üçün Xankəndində yaşayan və əmlaka qanuni əsaslarla 30 il öncədən sahib olan erməni əsilli vətəndaş Azərbaycan dövlətinə mənsub olduğunu, dövlətimizlə siyasi və hüquqi bağlılığının, habelə qarşılıqlı hüquq və vəzifələrinin olduğunu rəsmən bəyan etməli, sovet pasportlarını təhvil verərək, Azərbaycan Daxili İşlər Orqanlarından şəxsiyyət vəsiqəsi almalıdır. Daha sonra onların əmlak münasibətlərinə dair müraciətinə baxıla və müvafiq cavab verilə bilər".
Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi
Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)
Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA
Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var
Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Gündə bir fincan çay sümükləri qoruyur?
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Azərbaycanda elektron siqaret - Qadağan edilir
"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video
Bakıda tələbə faciəvi şəkildə öldü
"Londondan gələn mesaj Rusiyanın "güclənməsi"nin tərif yox, xəbərdarlıq olduğunu göstərir" - ŞƏRH