Meşə zolaqlarının qırılmasına görə kimlər məsuliyyət daşıyır? - AÇIQLAMA
Son dönəmlər meşə zolaqlarının məhv edilib, yerində çay plantasiyaları və başqa obyektlərin salınması ilə bağlı məsələlər cəmiyyətdə ciddi şəkildə tənqid edilir. Şəkinin Baqqal, Bideyiz kəndi yaxınlığındaki meşə zonasının, Qusarda Qalacıq meşəsi, Lənkəranda Haftoni-Girdani meşələrinin məhv edilməsi iddiaları son dönəmlər bitib-tükənmək bilmir.
Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Azər Badamov bildirib ki, əgər ETSN hər hansı müşahidə hallarını həyata keçirmirsə, bunu həyata keçirən təşkilatlar var. Onlar bu mövzunu ictimailəşdirib, müvafiq qurumlara çatdırmalıdırlar:
"Meşə örtüyü qorunulub, saxlanılmalıdır. Meşə atmosferi sağlamlığa töhfə verən bir amildir. Meşənin olmaması təbiətdə quraqlıq yaradır, su mənbələri quruyur, təbii yaşıllıq olmur. Meşələrdə vəhşi aləm, heyvanlar aləmi məhv olunulur. Ona görə də biz meşələrimizi dəyərləndirməliyik və qorumalıyıq.
Təəssüf ki, son vaxtlar bəzi meşə zolaqlarının çıxarılması, məhv edilməsi halları haqqında mətbuatda söhbətlər eşidirik. Düşünürəm ki, əlaqədar qurumlar bununla məşğul olmalıdırlar. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) öz işinə ciddi yanaşıb, meşə örtüyünün qorunması istiqamətində ciddi addımlar atmalıdır. Meşə örtüyünün məhv edilməsi halları haradasa müşahidə edilirsə, onlara qarşı tədbir görülməlidir. Həm hüquqi müstəvidə, həm də ETSN-in öz səlahiyyətləri çərçivəsində işlər aparılmalıdır.
Bununla əlaqəli çox sərt qanun qəbul olunub və qanunda ciddi cəzalar nəzərdə tutulub. Hər bir ağacın kəsilməsinə görə, meşə zonasına zərər verilməsinə görə bunu edən şəxslər cinayət məcəlləsində məsuliyyət daşıyırlar. Sadəcə olaraq, cinayət məcəlləsində müəyyən qanun tələbləri icra olunulmalıdır. Yenə də ETSN bu işlə ciddi məşğul olmalıdır. Əgər ETSN hər hansı müşahidə hallarını həyata keçirmirsə, bunu həyata keçirən təşkilatlar var. Onlar bu mövzunu ictimailəşdirib, müvafiq qurumlara çatdırmalıdırlar."












Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj yaratdı
Bakıda bu ərazidə yeni bulvar salınacaq
Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB
Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu
Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
Bu azərbaycanlı məşhurlar Rasim Balayevlə qohumdur
Ekspertizdə şok həqiqət üzə çıxdı: "Hətta qohumunuza belə güvənməyin" - VİDEO
Sabah bu ərazilərdə qaz olmayacaq
Ərini qonşusu ilə yataq otağında tutan qadının çəkdiyi videonu görən hər kəs şok olur - VİDEO
Azərbaycanlı bəylə ərəb qızın TOYU - VİDEO
Bakıya gətirilərkən yolda öldü - Foto
Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTO
"Syrovarnaya" restoranında müştərilərə menyudan fərqli hesab təqdim olunur