Miqreni müalicə etmək olarmı?

Miqreni müalicə etmək olarmı?Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər.

Sonxeber.az xəbər verir ki, bu böyük səhv hesab edilir! Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!

Bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər! Onlardan biri - miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir. Baş ağrısı - başın bir yarısından "şişib daşaraq" bütün başa yayılır. Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.

Miqrenin nadir şəkildə təsadüf edilən mümkün fəsadlarından bir də, miqrenoz insultdur - baş beyinin qan dövranının kəskin şəkildə pozulmasıdır. Miqrenoz insultun əlamətləri - qol və ayaqda zəiflik (bəzən isə iflicə qədər), yerişin və bədənin tarazlığının, nitqin (sözlərin deyilməsinin çətinləşməsi), görmənin (çəpgözlülük, görmədə ikiləşmə, görmənin zəifləməsi) pozulması, kəskin baş gicəllənməsi və s. bu kimi əlamətlər ola bilər. Bu halda tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır! Həkim xəstəyə müvafiq tibbi yardım göstərdikdən sonra, diaqnozu təstiqləmək və müalicə etmək üçün, tezliklə onu xəstəxanaya çatdırmalıdır!

Müasir müalicə üsullarının düzgün şəkildə tətbiq edilməsi miqren tutmalarının sayının azalmasına, müddətinin qısalmasına, ağrıların yüngülləşməsinə səbəb olur. Buna görə də miqrendən əziyyət çəkən xəstələr mütləq həkimə müraciət etməlidirlər və bu müraciət nə qədər tez olarsa, onlar üçün daha yaxşı olar. Hal hazırda, bu xəstəlik zamanı yaxşı təsirə malik olan müasir dərman preparatları hazırlanmışdır.

Miqren zamanı, xəstənin vəziyyətini yüngülləşdirmək üçün, tətbiq edilən dərman preparatlarından savayı aşağıdakı üsullardan da istifadə etmək olar:

- Miqrenin aurasını və ya onun başlanğıcını hiss edən kimi, gördüyünüz hər bir işi dayandıraraq özünüzə tam rahatlıq verin. Ən yaxşısı uzanaraq yatmağa çalışmaq lazımdır. Hətta siz sadəcə olaraq, tam sakit şəkildə kresloda otursanız, bu miqren tutmasını xeyli yüngülləşdirəcək.

- Əgər siz evdəsinizsə, sizi qıcıqlandırmamaq üçün otaqdakı pərdələri bağlayın və ya işığı söndürün.

- Otaqda sakitliyi təmin etmək də yaxşı olardı, çünki kəskin və yüksək səslər miqren tutmasının gedişini ağırlaşdıran faktorlarlardandır.

- Miqren tutması zamanı heç bir halda alkoqollu içki qəbul etməyin və siqaret də çəkməyin - onlar sizə ancaq ziyan vura bilər.

- Xalq təbabəti üsullarından miqren tutması zamanı bir neçə fincan tünd isti çay və ya kofe, ayaqlarını isti suya qoymaq, alın nahiyyəsinə soyuq kompress, limon dilimləri, kələm yarpağı, baldırlara xardal kağızı qoymaq, qicqahlara lavanda, evkalipt, rozmarin efir yağlarından bir neçə damcı yüngül sürtmək və s. kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2069   Tarix: 21 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Həkimlər panikada: "COVID"ə bənzər yeni virus

Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər. Mütəxəssislərin fikrincə, qrip mövsüm

30 noyabr
.

COVID keçirmiş insanlarda qan laxtalanır - Həkimdən xəbərdarlıq

COVID-19-dan sonra yaranan mikrotromblar barədə xəbərdar edilib. xəbər verir ki, rusiyalı həkim Pavel Traxtman bildirib ki, virusun təsiri ilə qan damarlarında yapışqan mikrotromblar əmələ gələ bilər. Bu tromblar kapilyarları tıxayaraq toxumalara oksigen və qida maddələrinin çatdırılmasını çətinləşdirir

5 dekabr
.

Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir

Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə

7 dekabr
.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

7 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr