Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılırYer kürəsinin sahil xətləri minilliklər ərzində ciddi şəkildə dəyişib. Buz dövrlərində dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan, sonradan isə sular altında qalan geniş ərazilərdə qədim insanların yaşayış məskənləri, düşərgələri və müxtəlif tikililəri olub. Arxeoloqlar hazırda həmin torpaqların su altında qalmış izlərini araşdırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri yazıb.

Coğrafiyaşünas Cerom Dobson 1999-cu ildə vaxtilə quru olan, sonradan dəniz altında qalan bu əraziləri "Akvaterrа" adlandırıb. Onun hesablamalarına görə, həmin torpaqların ümumi sahəsi 22,5 milyon kvadratkilometrə çatıb. Bu, təxminən Şimali Amerikanın ərazisinə bərabərdir. Söhbət vahid bir itmiş materikdən deyil, müxtəlif dövrlərdə suyun üzərində olmuş sahilboyu torpaqlardan gedir.

Buz dövrlərində suyun böyük hissəsi buzlaqlarda toplandığından dünya okeanının səviyyəsi xeyli aşağı düşüb. Nəticədə meşələr, çəmənliklər və bataqlıqlarla örtülmüş geniş düzənliklər meydana gəlib. İnsanlar həmin ərazilərdə yaşayıb, məskənlər salıblar. İqlim istiləşdikcə buzlaqlar əriməyə başlayıb və dəniz səviyyəsinin yüksəlməsi ilə bu torpaqlar su altında qalıb.

Dobson hesab edir ki, bəşəriyyətin bir sıra mühüm yenilikləri məhz dəniz səviyyəsinin aşağı olduğu dövrlərdə meydana çıxıb. O, qədim mədəniyyətlərin inkişafı ilə sahilboyu ərazilərdə baş verən dəyişikliklər arasında əlaqə olduğunu vurğulayır.

Coğrafiyaşünas nümunə kimi dünyanın ən qədim şəhərlərindən sayılan İerixonu göstərir. Onun fikrincə, dənizin 50 metr dərinliyində qədim şəhərlərin aşkar edilməsi tarixə tamamilə yeni baxış gətirməyə bilər. Çünki dəniz səviyyəsinin həmin həddə olduğu dövrdə İerixo artıq mövcud idi. Lakin daha böyük dərinliklərdə indiyədək məlum olmayan qədim texnologiyaların izlərinə rast gəlinməsi mümkündür.

Su altında hansı izlər tapılıb?

Belə ərazilərdə insan fəaliyyətinə dair bəzi sübutlar artıq aşkarlanıb. 2021-ci ildə arxeoloqlar Maykl Fot və Morqan Smit Şimali Amerikada aparılmış yeddi sualtı tədqiqat layihəsinin nəticələrini təqdim ediblər. Araşdırmalar zamanı əvvəlcə qədim quru landşaftları və məlum arxeoloji abidələr öyrənilib, daha sonra sualtı ərazilərin xəritələri hazırlanaraq dəniz dibindən nümunələr götürülüb.

Meksika körfəzində, Sabin çayının qədim məcrasında aparılan araşdırmalar zamanı kömürləşmiş ağac qalıqları, bitki izləri, qoz qabıqları, toxumlar, balıq pulcuqları, eləcə də müxtəlif heyvanların sümükləri tapılıb. Bəzi nümunələrin təxminən 9 min il yaşı olduğu müəyyən edilib.

Mərkəzi Amerikadakı Beliz sahillərində isə mayyalıların vaxtilə duz hasil etmək üçün istifadə etdikləri dirəklərdən və samandan qurulmuş tikililərin qalıqları aşkarlanıb. Burada tapılan daş artefaktın yaşı isə 12 min ildən çoxdur.

Dəniz səviyyəsinin yüksəlməsi yalnız daş dövrünə aid abidələri deyil, daha yaxın tarixə məxsus məskənləri də təhlükə altına salır. ABŞ-ın Şimali Karolina ştatındakı Roanok adasında XVI əsrdə ingilislər tərəfindən yaradılmış, sonradan sakinləri müəmmalı şəkildə yoxa çıxan koloniyanın izləri araşdırılır. Sahil eroziyası nəticəsində Fort-Rali Milli Tarix Parkında arxeoloqların 2007-ci ildə qazıntı apardığı bəzi sahələr artıq itib.

Mütəxəssislər sahil xəttinin geri çəkilmə sürətinin artdığını bildirirlər. First Colony Foundation fondunun tədqiqatlar üzrə vitse-prezidenti Erik Klinkelhofnerin sözlərinə görə, təxminən hər 20 ildə 20 fut (6 metrə yaxın) sahil ərazisi itirilir və bu proses sürətlənə bilər.

Araşdırmalar göstərir ki, bu gün gördüyümüz sahil xətləri qədim insanların harada yaşadığını müəyyənləşdirmək üçün kifayət etmir. İnsanlıq tarixinin mühüm bir hissəsi hələ də dənizlərin dibində, arxeoloqların araşdırmasını gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 192   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Divarlara şer yazan kirayəşin məhkəməlik oldu

Türkiyənin İstanbul şəhərində kirayəçinin evdən çıxarkən divarlara, qapılara, pəncərələrə və hətta məişət avadanlıqlarına sevgi şeirləri yazması gündəm olub. Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Böyükçəkməcə rayonunda qeydə alınıb. İki il ərzində kirayədə yaşayan şəxs mənzil

22 noyabr
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22 noyabr
.

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy

22 noyabr
.

Braziliyada qadın 33 illik köləlikdən azad edildi

Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər

22 noyabr
.

Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul

23 noyabr
.

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlıq tələb edir. "Report"un Avropa büros

22 noyabr
.

Danimarka məktəblərində smartfonlar qadağan olunacaq

Danimarka hökuməti "Vahid siyahı - Qırmızı-yaşıl koalisiya" və "Alternativ" adlı iki partiya ilə orta məktəblərdə və dərsdənkənar tədbirlər zamanı mobil telefonların istifadəsinin qadağan edilməsi barədə razılıq əldə edib. Ölkənin ibtidai məktəblərində isə smartfonlardan istifad

23 noyabr
.

İordaniyada "GTA VI" qadağan edilir

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir. xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlam

23 noyabr
.

Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib

22 noyabr