"Patı"nın ilk istifadəsində insan intihar edə bilər" - Ekspertdən AÇIQLAMA

"Patı"nın ilk istifadəsində insan intihar edə bilər" - Ekspertdən AÇIQLAMAAzərbaycan dilində "patı" adı ilə tanınan metamfetamin narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddədir. Bir çox narkotik maddə kimi 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir.

Son aylar adı dildən düşməyən bu narkotik vasitə haqqında narkomaniya üzrə ekspert Emil Maqalov Sonxeber.az-a bildirib ki, kimyəvi narkotik olan bu maddə 1 əsr əvvəl icad olunub:

"Birinci, eyni zamanda İkinci Dünya müharibəsində bu maddə həm zəhər kimi, həm işgəncə vermək üçün, həm də kamikadzelərin ağlını başından almaq niyyəti ilə istifadə olunub. Amma Azərbaycanda metamfetamin 5 ildən çoxdur ki, yayılıb. Son dövrlərdə insanların daha çox məlumatlanması sizin, bizim bunu cəmiyyətə çatdırmağımızın, informasiyanı yaymağımızın nəticəsidir.

Amma onu da qeyd edim ki, hər kəs öz meyili ilə buna qurşanır. Heç kimə məcburi verilmir. Narkotik ucuz bir şey deyil ki, onu paylasınlar. Narkotik satanın qanundan başqa heç bir problemi yoxdur. Onun müştərisi yetərincədir. Uşaqlara paylanması barədə məlumatlar yayılıb. Amma uşaqlara yaymaqda nə məqsəd ola bilər ki? Uşaqları niyə öldürsünlər? Düzdür, onların məqsədi pul qazanmaqdır, kim ölür ölsün. Lakin hazırda vəziyyət bu həddə deyil, bununla rastlaşmamışam.

Hətta narkotacir lazımi miqdarda tapmadığı üçün narkotik maddələri bütün müştərilərinə çatdıra bilmir. O səbəbdən bunu pulsuz paylaya bilməzlər. Bəli, narkotiklər çox böyük təhlükədir. Amma uşaqlar arasında, bağçalarda, məktəblərdə satıldığı barədə məlumatlar səhvdir. Sadəcə daim yer dəyişdirdikləri üçün məktəbin qabağında satmaqları mümkündür. Hazırda ölkəmizdə bu halların qarşısının alınması üçün güclü tədbirlər görülür. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə daxilində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilir. Narkotik və psixotrop maddələrin dövriyyəsi ilə bağlı aparılan mübarizə çərçivəsində onların mənfi təsiri ilə bağlı da təbliğat işləri həyata keçirilir".

Ekspert qeyd edib ki, istifadə edən şəxs ilk dəfədən pis hala düşə bilər:

""Patı"nın ilk istifadəsində insan intihar da edə, özünə və ya başqa birinə xətər yetirə bilər. Bu maddənin həzzi yoxdur, insanı sadəcə dəli etmək üçündür və şizofreniya yaradır. Mənim qeyri-hökumət təşkilatımda Səhiyyə Nazirliyinin "Riskin azaldılması" layihəsinin çərçivəsində pulsuz, təmənnasız əvəzedici terapiya, tibbi metodonla müalicə var. Bununla bağlı sosial şəbəkələrdə müraciətlərim var. Amma bura köhnə narkomanlar bəzi şərtlərlə qəbul olunurlar. Həmin şəxs narkoman kimi qeydiyyatda olmalı, mütləq əvvəllər narkodispanserdə uğursuz müalicə almış olmalı və yaxud onda vərəm, QİÇS kimi hər hansı bir ağır xəstəliklər olmalıdır ki, mən onları layihəyə götürüb metadon proqramına qoşa bilim".

Aysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1315   Tarix: 03 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ

İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir. -ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtda

5 iyun
.

Bakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi - VİDEO

Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. xəbər verir ki, insident Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 61 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokar" markalı avtobusun qarşısını dayanacaqdan kənar yerdə kəsərək saxladan qadın sərnişi

5 iyun
.

Bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ

Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 26

6 iyun
.

10 gündən sonra bu şəxslər işsiz qalacaq - AÇIQLAMA

Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə

6 iyun
.

Ötən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb

Azərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. "Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim normas

6 iyun
.

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 385 milyon 527 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % çoxdur. Son 1 ildə Azərbaycanın Gürcüstan

7 iyun
.

Bank kartı olanların diqqətinə: YENİLİK OLACAQ - TARİX

Azərbaycanda bank kartlarından istifadə hər il artır, bununla yanaşı kiberdələduzluq və məlumat sızması riskləri də gündəmdə qalır. Bu fonda Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün beynəlxalq PCI DSS təhlükəsizlik standartının tətbiqini məcburi etməyi planlaşdırır

7 iyun
.

Məcnun Məmmədov: "Ərzaq itkilərinin azaldılması ilə bağlı kompleks tədbirlər görülür"

Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca ərzaq itkilərinin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirir. "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "Sıfır Tullantı Forumu 2026"

7 iyun
.

İnstensiv yağış, sulu qar yağacaq, SEL KEÇƏCƏK - Nə vaxtadək?

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərd

5 iyun