Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib

Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib"TikTok" sosial platforması istifadəçini eynitipli kontentin fasiləsiz izlənməsinə cəlb edən - "dovşan yuvası" adlanan effekti yaradan alqoritmlərə görə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozur.

"Report"un Avropa bürosu xəbər verir ki, Avropa Komissiyasının (AK) ilkin rəylərinə əsasən, bu mexanizm başda yetkinlik yaşına çatmayanlar olmaqla, istifadəçilərin psixoloji vəziyyətinə mənfi təsir göstərir.

"Sizin üçün" (For You) lentinin tövsiyə alqoritmi istifadəçilər üçün sistematik olaraq, psixoloji çətinliklər, depressiv əhval-ruhiyyə, sosial təcrid və bədən görünüşü ilə bağlı mövzulara toxunan fərdiləşdirilmiş videomateriallar seçir.

AK qeyd edib ki, "TikTok"un tövsiyə sistemi istifadəçilərin aktivliyini, o cümlədən baxış vaxtını və "bəyənmə" işarələrini nəzərə alır və bunlar əsasında daha çox analoji kontent təklif edir.

Xüsusilə, arıqlama və ya xarici görünüşlə bağlı videolara dəfələrlə baxılması alqoritm tərəfindən maraq göstəricisi kimi qəbul edilə və bu cür materialları irəli çəkə bilər.

AK hesab edir ki, bu cür təkrarlanan təsir təşviş vəziyyətlərini, öz bədənindən narazılığı gücləndirə, özünəinamı aşağı sala, həmçinin mövcud qida qəbulu pozuntularını və digər psixoloji problemləri kəskinləşdirə bilər.

Komissiya, həmçinin "TikTok"un bu cür tövsiyələrin yaratdığı riskləri qiymətləndirmədiyi və onların azaldılması üçün effektiv tədbirlər görmədiyi qənaətinə gəlib.

AK-nin qiymətləndirməsinə görə, mövcud nəzarət alətləri kifayət qədər effektiv deyil. Xüsusilə, "Maraqlı deyil" düyməsi hər zaman istifadəçilərə lentin məzmununu dəyişdirməyə imkan vermir, çünki alqoritm istifadəçinin birbaşa istəyindən daha çox baxış vaxtına üstünlük verir.

Hazırkı mərhələdə komissiyanın rəyləri ilkin xarakter daşıyır. "TikTok" yazılı etirazlarını təqdim edə bilər.

Qayda pozuntularının yekun təsdiqi halında, Komissiya platformanın DSA tələblərinə riayət etməməsi barədə qərar qəbul edə və şirkətin ümumi illik qlobal dövriyyəsinin 6 %-nə qədər cərimə tətbiq edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 195   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar

5 noyabr
.

Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək

Qazaxıstan və Gürcüstan transmilli cinayətkarlıq və internet dələduzluğu ilə mübarizə, cinayətkarların axtarışı və miqrasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir. "Report"un Qazaxıstan bürosunun ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiy

5 noyabr
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

4 noyabr
.

Qazaxıstanda Xəzər dənizində hərbçilərin ölümü ilə bağlı iş üzrə 300-dən çox şəxs dindirilib

Qazaxıstanda sentyabrın sonlarında Xəzər dənizində qazaxıstanlı hərbçilərin ölümü faktı üzrə cinayət işinin istintaqının gedişatında 300-dən çox şəxs dindirilib. Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilib. "Baş vermiş faciənin bütü

5 noyabr
.

Avropada hibrid müharibə təhlükəsi artır: Kiberhücumlar və bomba təhdidləri nəqliyyatda xaos yaradıb

Avropada son günlər hava limanlarına bomba təhdidləri, supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar və digər təhlükəsizlik insidentləri qeydə alınıb. Baş verən hadisələr Avropa ölkələrində hibrid müharibə təhlükəsi ilə bağlı narahatlıqları artırıb. The Guardian-a istinadən xəbər verir ki, so

6 noyabr
.

Qaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub

"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib

5 noyabr
.

İİKK Qeşm adası üzərində səmada iki Amerika dronu vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənubundakı Qeşm adası üzərində iki Amerika pilotsuz təyyarəsinin məhv edildiyini açıqladı. xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi hərbi açıqlamaya istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, "beşinci və altıncı Amerika MQM-170 kəşfiyya

6 noyabr
.

Avropada media qurumlarına bomba təhdidləri göndərildi: İrlandiyada televiziya və radio ofisləri boşaldılıb

İrlandiyada bir sıra media qurumlarının ofislərinə bomba təhdidləri göndərilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ölkənin milli yayımçısı RTE-də daxil olmaqla bir neçə media təşkilatının əməkdaşları binalardan təxliyə edilib. Reuters-ə istinadən xəbər verir ki, təhdidlərdən sonra İrlandiyanın müxtəli

6 noyabr
.

"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var. "Bloomberg" tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə məlumat yayıb. Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəz

6 noyabr