"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİSonxeber.az saytı "Qarabağa qayıdış" layihəsini davam etdirir.

Layihəmizin növbəti qonağı deputat Bəhruz Məhərrəmovdur.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİBəhruz Məhərrəmov ilə müsahibəni oxuculara təqdim edirik:

- Son günlər erməni təxribatları davam edir. Sizcə, onların bu təxribatları etməkdə məqsədi nədir?

- İstənilən halda, bölgədə müharibə başa çatıb. Müharibənin yenidən alovlanması riski yoxdur. Eyni zamanda, həmin müharibənin yenidən alovlanması üçün onlarda güc balansı da yoxdur. Ermənistan hərbi potensialı məhv edilib. Digər tərəfdən, təkcə ötən ay ərzində Ermənistandan 80 min insan xarici dövlətlərə, ən çox da Rusiyaya üz tutub. Ermənistanın insan potensialı, ordu quruculuğu, hətta kənar yardımlarla belə, yoxdur. Buna görə müharibə ümumiyyətlə variant kimi nəzərdən keçirilmir. İkincisi isə, Ermənistanda vahid hakimiyyət yoxdur. Orada hazırda parçalanma gedir. Orduda da çox ciddi parçalanma var. Belə olan halda silahlı qüvvələrin fəaliyyəti ilə bağlı Ermənistanda "vahid komandanlıqdan gələn əmr" anlayışı qüvvəsini itirib. Bu mənada atəskəsin pozulması Ermənistanın daxilində olan vətəndaş müharibəsinin gərginliyin daxildən Azərbaycanın üzərinə yönəldirilməsi üçün atılan addım ola bilər. Ermənilər sərhəd gərginliyi yaratmaq üçün özlərinin ənənəvi metoduna keçərək, "yazıq" və müdafiəyə ehtiyacı olan erməni" obrazını yaradırlar. İstənilən halda, bu onların daxili işidir və bizi maraqlandırmır. Bizi maraqlandıran bizim sərhədlərimizin atəşə tutulması, vətəndaşlarımızın hədəfə alınmasıdır. Bununla bağlı ölkə rəhbərliyinin mövqeyini də bilirsiniz. Yəni baş qaldıracaq düşmənin tör-töküntüsünün yerindəcə başı əziləcək.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ- Şuşa Bəyannaməsini nəzərə alaraq, bu təxribatlara Türkiyə ilə birgə cavab vermək olarmı?

- Şuşa Bəyannaməsi bizim Türkiyə ilə strateji münasibətlərimizin ali səviyyəsidir. Türkiyə istər Vətən müharibəsində, istər sorakı dövrlərdə Azərbaycanla bütün səviyyələrdə ən yüksək əməkdaşlıq və əlaqələr təcrübəsinə malikdir. Əlbəttə, Türkiyənin bizə siyasi, mənəvi dəstəyi hər zaman vacibdir. Lakin bizim yalnız öz gücümüz olmadığı halda kənardan digər dövlətin hərbi əməliyyatlarlarına, təxribatlarına cavab verməkdə köməyinə ehtiyacımız ola bilərdi. Bu gün isə bizim yetərincə hərbi gücümüz var. Qələbə qazanmış bir dövlətik. Bundan sonra bizim Türkiyə kimi qardaş dövlətlərin yalnız siyasi və mənəvi dəstəyinə ehtiyacımız ola bilər.

- Bildiyimiz kimi, üç rayonun mina xəritəsi təqdim edilib. Növbəti dəfə bu siyahıda hansı rayonun adı ola bilər?

- Ümumiyyətlə, hüququn özü də bunu qəbul edir ki, minalanma yalnız müdafiə məqsədli olur. Heç bir formada mülki əhaliyə və hərbi məqsədlərdən kənar yönəlməməlidir. Azərbaycanla Ermənistan təqribən 30 il ərzində bu işğal nəticəsində yaranmış təmas xəttinə malik olub. Həmin xətt də minalanarkən, ermənilər Azərbaycan ordusunun irəliləməsinə maneçilik üçün belə bir xətt və hədd yaratmışdılar. Amma biz proseslərin gedişatında həm də işğaldan sonra görürük ki, ermənilər nəinki müdafiə xəttini, ümumilikdə ayrı-ayrı ictimai iaşə obyektərini, Azərbaycan üçün mənəvi dəyəri olan, eyni zamanda əhalinin kütləvi üz tutduğu yerlərində bu təhlükəni yaradıblar. Bu, dövlət səviyyəsində törədilib. Belə olan halda, biz bu gün, konkret olaraq, mina xəritəsini istəyərkən hansısa ərazilər olaraq yox, bütövlükdə rayon olaraq yanaşırıq. Çünki Ermənistanın minaları basdırarkən hədəfi müdafiə, yaxud hərbi məqsədlər olmayıb. Burada məqsəd Azərbaycan etnosunun məhvini, eləcə də bölgədə azərbaycanlıların mövcud olmamasını və gələcəkdə, həmin mina xəritəsindən qorxaraq, öz ata-baba yurduna qayıtmamasını hədəfləyib. Bu da beynəlxalq humanitar hüquq pozuntusudur.

Bu günə qədər Ermənistan onlarda mina xəritəsinin olmadığını iddia edir. Lakin onların ard-arda mina xəritələrinin bir hissəsini bizə təqdim etdiklərinin şahidi olduq. Əlbəttə ki, bu, əvəzsiz olmadı. Növbəti ərazinin hara olacağı barədə danışmaq çətindir. Amma istənilən halda, bizim işğaldan azad olunan ərzailərimizdə həmin təhlükə mövcuddur. Həmin təhlükənin aradan qaldırılması, təbii ki, yenə də öz gücümüzə həyata keçirilir. Amma mina xəritələrinin verilməsi, hər şeydən öncə, Ermənistanın gələcəkdə bölgədəki sülh niyyətini göstərmiş olar.Biz bu günə qədər Ermənistandan bu niyyəti görmədik. Mina xəritələrini də Ermənistan öz xoşluğu ilə yox, Azərbaycannın məcburetmə tədbirləri ilə təqdim edir.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ- Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin adı çəkilir. Bu dəhliz Azərbaycan iqtisadiyyatı üçün nələr qazandıracaq?

- Əvvəlcə onu deyim ki, 10 Noyabr Bəyannaməsində də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirən dəhlizlərdən söhbət gedir. Burada biz yalnız Zəngəzur dəhlizinə köklənməməliyik. Sadəcə olaraq, indiki zamanda bizim hədəfimiz Zəngəzur dəhlizidir. Bu da olacaq, çünki həmin iqtiqamətdə təkcə Azərbaycan yox, Rusiya da marağını ortaya qoyub. Zəngəzur dəhlizi dedikdə, biz dəmir yolunun üzərində fokuslanmamalıyıq. Burada həm dəmir yolu, həm də, paralel olaraq, avtomobil yolunun Bəyannamədə nəzərdə tutulmuş qaydada mühafizə altında olması və azərbaycanlıların, eyni zamanada digər istifadəçilərin təhlükəsiz şəkildə bu yoldan gedib-gəlməsi təmin olunmalıdır.

Şuşa Bəyannaməsində də, təbii ki, bu komunnikasiya müddəalarının əks olunması Türkiyənin Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı mövqeyini ifadə etdi. Bu mənada əslində Ermənistan boş yerə son iradlarını nümayiş etdirməkdədir. Bu ölkəyə qalsaydı,heç bizim torpaqlarımızı azad etmək fikrində deyildi. 30 il ərzində möhkəmlənmiş, müdafiə və hərbi sistemlər yerləşdirilmiş, təbii-coğrafi şərait onların xeyrinə idi. Ermənilər möhkəmləndiyi ərazilərdən necə geri çəkildilərsə, Zəngəzur dəhlizinin açılmasına da Azərbaycanın hücum siyasəti nail olacaq.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ- Azad olunmuş torpaqlarımızda artıq yenidənqurma işlərinə başlanılıb. Fikrinizcə, gənclərin orada yaşayıb çalışması üçün hansı layihələr həyata keçirmək lazımdır?

- Bilirsiniz ki, fevral ayında bizim yaxın 10 il üzrə yeni prioritetlərimiz müəyyən olundu. Həmin prioritetlərdən dördüncüsü də "Böyük Qayıdış"dır. "Böyük Qayıdışın" şərtlərindən biri dayanıqlı yerləşmənin təmin olunmasıdır. İndiki halda biz vətəndaşa ev də tikə bilərik, infrasturkturla da təmin edə bilərik. Amma vətəndaşın orada yaşaması üçün iş yeri vacibdir. Dövlət məhz bu mənada planlamaya əvvəlcədən sinxron qovluq şəklində yanaşır. Həm iş yerləri, həm də yaşayış üçün lazım olan ləyaqətli şəraitin yaradılması üçün tədbirlər paralel olaraq aparılır. Bütün dünyada belə bir tendensiya var ki, şəhərə insanlar iş dalınca üz tuturlar. Şəhərdə, kəndə nisbətən, yaşayış daha bahalı, eyni zamanda da daha zərərlidir. İnsanlar ilk imkanda rayonlara üz tutursa, öz kəndində bütün şəraiti olan vətəndaşın Bakıya yalnız işi düşəndən-düşənə gələcəyi gözlənilir. Üstəlik, nəqliyyat-kommunikasiya imkanları o həddə çatır ki, artıq işğaldan azad olunan rayonlarımızdan Bakıya gedib-gəlmək çox vaxt aparmayacaq. Bu mənada, düşünürəm ki, Azərbaycan dövlətinin vətəndaşları milli dəyərləri üstün tutub, öz ata-baba yurdunda qalacaqlar, çünki orada onlar üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ən böyük tədbir isə iş imkanlarıdır ki, onlar da yaradılacaq.

- Gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərlik hisslərinin yüksəldilməsi istiqamətində aparılan işlər hazırda hansı mərhələdədir?

- Cənab Prezident dəfələrlə çıxışında bu məqamı özünün prioriteti kimi bəyan edib. Biz, əlbəttə, düşmənçilik ruhunda bir gənc böyütmürük, lakin tariximizi yaxşı bilən və başımıza gətirilən faciələri unutmayan bir nəslin yetişməsini arzulayırıq və buna da nail olmaqdayıq. Artıq bizim gənc nəsil heç bir aqressiya olmadan Zəngəzur iddialarından danışır. Bir daha deyirəm, Zəngəzur, Göyçə, İrəvan bizim tarixi ərazilərimiz, ayrılmaz hissələrimizdir. 101 il öncəyə qədər onlar bizim ərazi bötövlüyümüzün tərkibində olublar. Sadəcə müəyyən siyasi səhvlər olub və nəticədə, biz, yenə həmin ərazilərimizin sakinləri olaraq, oradakı torpaqlarımıza qayıdış iddiasındayıq. Hökm deyil ki, tank üstündə qayıdaq. Biz oranın sakini kimi qayıtmalıyıq. Bu mənada, hesab edirəm ki. xüsusən cənab İlham Əliyevin dövlət siyasətinin, onun şəxsən özünün mövqeyinin vacib tərkib hissəsi illər ərzində milli-mənəvi dəyərlər sahəsindəki boşluğun doldurulması və sağlam gənc nəslin yetişdirilməsindən ibarətdir.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ- İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi-siyasi savadının, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəlaiyyətinin artırılması sahəsindəki işlərdən danışardınız.

- İnsan hüquqları heç bir dövlətin daxili işi deyil. İnsan hüquqları qlobal məsələdir. Hətta bu sahədə beynəlxalq konvensiyalara da dövlətlərin qoşulması məcburi deyil. Dövlət ona qoşulmasa da, həmin konvensiyaların şərtlərini yetirilməlidir. Azərbaycanda da bu istiqamətdə çox işlər görülüb. Mən o iddiada deyiləm ki, ölkəmizdə inan hüquq və azadlıqları ən ali səviyyədə təmin olunur. Bu istiqamətindəki yolu Fransa 300 ildən çox, Amerika 200 ildən çox müddətə keçib. Biizm də tam mənada nail olacağımız hədəflər var ki, ona müddət lazımdır. Amma ümumilikdə təməl prinsiplər var ki, onlar Azərbaycanda qorunur. Prinsipcə, bu gün Azərbaycanda hüquq və azadlıqların təmin olunması üçün yetərli qanunvericilik aktları var. Eyni zamanda, ölkəmizdə hüquq mühaifizə orqanlarından tam şikayət imkanları mövcuddur. Azərbaycan beynəlxalq məhkəmələrin üzvüdür.

"Bu gün bizim yetərincə hərbi gücümüz var, bundan sonra..." - "Qarabağa qayıdış" LAYİHƏSİ- Bilirik ki, seçicilərinizlə tez-tez görüşürsünüz. Vətəndaşlarımız əsasən hansı problemlərlə sizə üz tutur?

- Ümumiyyətlə, mənim təmsil etdiyim 66 saylı Biləsuvar seçki dairəsində ən ciddi problem suvarma və içməli su təminatının olmamasıdır. Təsəvvür edin, hazırda pambıq sahələri var ki, susuzluqdan15- 20 santimetr dərinlikdə çatlar əmələ gəlib. Belə olan halda vətəndaşın narahatlığı diqqət çəkməlidir və ona kömək əli uzadılmalıdır. Vətəndaş yalnız məhsul itkisi ilə üzləşsə, yenə bir dərd olar. Vətəndaş məhsulu satmaq üçün hansısa şirkətlə müqavilə imzaladıqda, həmin şirkət qarşısında da öhdəliyini yerinə yetirməmiş olur və şirkət də, haqlı olaraq, məhkəmə qarşısında vətəndaşdan öz vəsaitini geri tələb edir. Vətəndaşları ən çox narahat edən problem budur. Hesab edirəm ki, bu prosesdə də mərkəzi səviyyədə işlər görülməlidir. Yerli icra orqanları suyun bölgüsündə maksimum təsirli ola bilər. Amma rayona, məsələn, 13 min kub metr su gəlirsə, bu su istənilən halda 13 min kub metrdir. Bunu hansı istiqamətdə bölürsən-böl nəticə dəyişmir. Bizə 30 ton lazım olsa da, mənbə 13 min kub metrdirsə, hara firlasaq, rəqəm dəyişmir.

Amma, təbii ki, bunun çıxış yolu da var. Rayonda sovet dövründə tikilmiş Bolqarçay su anbarı mövcuddur, həmin anbarın təmiri mütləqdir. Hazırda onun yalnız 1/5 hisss'si istifadəyə yararlıdır, lakin təmir olunsa, məhsuldarlığın xeyli artmasına və su probleminin həllinə nail ola bilərik.

Cənab Prezidentin bununla bağlı sərəncamları var. Onların əsasında su mənbələrindən səmərəli istifadə ilə bağlı addımlar atılmaqdadır. Müvafiq tədbirlərin keçirilməsi fonunda bölgə həmin su anbarı ilə də təmin olunsa, bizdə sosial gərginlik aradan qalxar.

İkincisi məsələ içməli su ilə bağlıdır. Hələ də Biləsuvarın elə kəndləri var ki, burada texniki sudan içməli su kimi istifadə olunur. Hələlik layihələr hesabına su təmizləyici qurğular qoyulub. Amma kanalda su olmadıqdan sonra qurğunun əhəmiyyəti yoxdur. Bu baxımdan, ikinci xəttin çəkilməsini də vacib hesab edirəm.

Samirə Qasımova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1072   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart