Teymur və Şəhriyar üçün final mərhələ: 100 min dollar üçün mübarizə başlayır - FOTO
Onlayn şahmat üzrə Çempionlar Turunun final mərhələsinin iştirakçıları bəlli olub.
Sonxeber.az xəbər verir ki, 25 sentyabr – 4 oktyabr tarixlərində keçiriləcək yarışın 10 iştirakçısı arasında Azərbaycandan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da var.
Onların yarışdakı rəqibləri təşkilatçı olan dünya çempionu Maqnus Karlsen (Norveç), Vesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Aniş Qiri (Niderland), Vladislav Artemyev (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Yan-Kjıştof Dudadır (Polşa) olacaq.
Bu şahmatçılardan Teymur, Qiri və Karlsen daha əvvəl 3 dəfə keçirilmiş "Major" turnirin qalibi olduğu üçün, So, Aronyan, Nakamura və Artemyev isə yekun turnir cədvəlinə əsasən finalda yarışmaq hüququ əldə edib. Vaşye-Laqrav rusiyalı şahmatçı Yan Nepomnyaşini əvəzləyib. Şəhriyar və Duda isə "wildcard"la (xüsusi dəvət) yarışda iştirak edəcək.
Bunlardan Duda istisna olmaqla, digərləri yarışa əlavə xallarla başlayacaq. Onlara ötən ilin noyabrından başlayan əvvəlki 9 mərhələdə topladığı xallara əsasən bonus veriləcək. Belə ki, Karlsen 16,5, So 12,5, Aronyan 8, Teymur 6, Qiri 5,5, Nakamura 4, Artemyev 3,5, Vaşye-Laqrav 2,5 və Şəhriyar 0,5 xalla yarışa start verəcək.
Avropada yaşayan şahmatçılardan Karlsen, Qiri və Duda turnirin Oslodakı studiyasında oyunlarını keçirəcək. Digər şahmatçılar öz evlərindən yarışa qoşulacaq. Sentyabrın 24-də yarışın açılış mərasimi keçiriləcək. Sentyabrın 30-u yarışda istirahət günü olacaq.
Qeyd edək ki, final mərhələsinin mükafat fondu 300 min dollar olacaq (bütün mərhələlər üzrə ümumi 1,6 milyon dollardır – S.M.). Birinci yeri tutacaq qrossmeyster 100 min, sonuncu olacaq şahmatçı 5 min dollar qazanacaq. Yarış dairəvi sistemlə keçiriləcək.




Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1537 Tarix: 18 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrRonaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm
8 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabr"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki
8 noyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabr