Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
Səudiyyə Ərəbistanında nikahdan kənar uşaq dünyaya gətirən Keniya vətəndaşı 100 şallaq zərbəsi cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, Ester Vancə Mutoni Səudiyyə Ərəbistanında ev işçisi və dayə kimi çalışıb. O, Misir vətəndaşı ilə qısa müddətli münasibətindən hamilə qalıb. Lakin uşağın atası daha sonra ölkəni tərk edib.
Qadının vəziyyəti onun doğuş üçün xəstəxanaya aparılmasından sonra üzə çıxıb. Belə ki, həmin tibb müəssisəsi nikahda olmayan qadınların doğuşu barədə müvafiq dövlət qurumlarına məlumat verməli olub. Miqrant qadın barəsində hökm ötən ay elan edilib.
Ester Mutoni cəzanı çəkə bilməyəcəyindən qorxduğunu bildirib və məhkəmənin qərarını ədalətsiz hesab edib.
Böyük Britaniyada fəaliyyət göstərən "ALQST" hüquq müdafiə təşkilatı hökmü zorakılıq aktı kimi qiymətləndirib. Təşkilat hesab edir ki, qadın cəzalandırılmaq əvəzinə Keniyaya deportasiya edilməli idi.
Təşkilatın direktor səlahiyyətlərini icra edən Məryəm Əl-Dossari Səudiyyə Ərəbistanında həyata keçirildiyi bildirilən islahatları tənqid edib. O, ölkə rəhbərliyinin dünyaya qadın hüquqlarının genişləndirildiyi müasir dövlət imici təqdim etməyə çalışdığını, lakin belə məhkəmə qərarlarının bu iddialarla ziddiyyət təşkil etdiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 134 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib. xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatınd
9 noyabrƏbu-Dabidəki danışıqlarda fasilə elan edildi
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb. "Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib
10 noyabrNiderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Niderland hökuməti vergi islahatları məsələsində hakim koalisiya iştirakçıları arasında yaranan fikir ayrılıqları və parlamentdə lazımi dəstəyin olmaması səbəbindən yaxın vaxtlarda istefa verə bilər. "Report" xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "NRC" qəzeti məluma
11 noyabrPaşinyan Parisdən Antalyaya gedəcək
Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyə Respublikasına işgüzar səfər edəcək. xəbər verir ki, Baş nazir Antalyada keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Liderlər Zirvəsində iştirak edəcək
11 noyabrRusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10 noyabrSlovakiyanın Baş naziri Fridrix Merzi şantajda ittiham edir
Almaniya kansleri Fridrix Merts, Aİ ölkələri Ukraynaya əlavə maliyyə yardımı göstərməyə razı olmadıqları təqdirdə, Avropa Birliyinin 2028-2034-cü illər üçün yeddi illik büdcəsini bloklamaqla hədələyib. xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə, onun mövqeyi bəzi mərkəzi Avropa liderlərini
11 noyabr