ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi "Türk evi" açılacaq

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi "Türk evi" açılacaqABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binası açılışa hazırdır.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Yüz yetmiş bir metr yüksəklikdə və iyirmi min kvadratmetrlik ərazidə inşa edilən bina Səlcuqlu və Osmanlı memarlığından ilhamlanaraq ənənəvi türk memarlıq motivlərini özündə daşıyır və lalə şəklində inşa edilib.

"Türk evi" binasının Nyu-Yorkun simvolu hesab olunan binalarından biri olması hədəf seçilib.

İki yüz nəfərlik auditoriya, toplantı və sərgi salonları olan binanın inşasını Türkiyə - ABŞ ortaq şirkəti həyata keçirib.

Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin də, "Türk evi" binasına köçürülməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət

12 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr