"Həftəsonu avtobus və metronun işləməməsi absurd məsələdir" - AÇIQLAMA
Artıq bir ildən çoxdur ki, həftəsonu ictimai nəqliyyat işləmir. Bildiyimiz kimi, insanların əksəriyyəti yalnız 5 gün deyil, şənbə və bazar günləri də işləyirlər. Taksi xidmətindən istifadə etmək isə hər kəsin cibinə uyğun deyil. Bu məsələ insanların haqlı narazılığına səbəb olur.
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, bu qadağalar aradan qaldırılmalı və ictimai nəqliyyat həftəsonu işləməlidir:
"İlk növbədə deməliyəm ki, yay ayı ərzində həftəsonu ictimai nəqliyyatın işləməməsi ciddi problem yaratsa da, sarsıdıcı şəkildə ziyan vurmayıb. Bu gündən məktəblər açılıb, universitetlər də açılacaq. Rayonlardan tələbələr artıq Bakıya gəlməyə başlayıblar.
Bir həftədir ki, şəhərin küçələrində nəqliyyatın hərəkəti iflic vəziyyətdədir. Belə hal bu ayın sonunda və oktyabrın əvvəlində daha fəlakətli şəkil alacaq.
Hər zaman demişəm, indi də deyirəm: ümumiyyətlə şənbə və bazar günü ictimai nəqliyyatın işləməsinə qadağanın qoyulması Azərbaycanda pandemik vəziyyətin aşağı düşməsinə səbəb olmur və bu, absurd məsələdir.
İmkanı yaxşı olan insan evdən çıxır, haradasa toplaşır, istədiyi yerə gedir. Qadağanın ziyanını kasıblar çəkir, çünki onlar taksi ilə getməli olurlar. Bu isə ailə büdcəsinə böyük zərbədir. Bütün əhaliyə kritik xidmət göstərəcək sahələrin də "beli qırılır". Ona görə də, Operativ Qərargah həftəsonu qadağasının qaldırılması ilə bağlı təcili qərar verməlidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4519 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrFəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki
12 noyabr