İlham Əliyev "Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərini açıqladı

İlham Əliyev "Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərini açıqladı"Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu. İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalına verdiyi müsahibədə "Dəmir yumruq" əməliyyatının əsas mərhələləri barədə danışarkən deyib.

Ali Baş Komandan bildirib ki, beləliklə, həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından ilk uğurlar çox vacib rol oynadı:

"Düşünürəm ki, İkinci Qarabağ Müharibəsi uğura aparan amillər baxımından əsl göstəricidir.

Məh həmçinin, Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Bizi orada gözləmirdilər və erməni tərəfi bu istiqamətdə hərəkət edəcəyimizi gözləmirdi, düşmən üçün bu, tamamilə gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra da erməni tərəfi inadla israr edirdi ki, onlar Hadruta nəzarət edirlər. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını anlaması bir qədər diletant xarakter daşıdı. Hadrut ətrafındakı bütün hakim yüksəkliklərdə nəzarəti təmin etdikdən sonra mahiyyətcə bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimal itkilərlə girməyimiz sadəcə zaman məsələsi idi.

Yalnız televiziya efirində şəhər administrasiyasının binası üzərində bayraq qaldıran bir azərbaycanlı hərbçinin mənə Hadrutun alınması barədə məruzə etməsinin göstərilməsindən sonra erməni tərəfinin nağıllar qurmağa davam etmək üçün heç bir arqumenti qalmadı.

Hadrutdan əvvəl oktyabrın əvvəlində Cəbrayıl azad edilmişdi. Bu, simvolik baxımdan da vacib idi. Çünki Cəbrayıl ilk şəhər idi – buna qədər biz kənd və yaşayış məntəqələrini azad etmişdik. Əlbəttə ki, mühüm mərhələlərdən biri də 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi oldu, çünki Füzuli böyük bir şəhərdir, Qarabağ regionunda əhalisinə görə Ağdamdan sonra ikinci yerdədir.

Mən həmçinin Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd edərdim. Nəyə görə? Orada çox güclü bir möhkəmləndirilmiş müdafiə rayonu vardı. Bir neçə gün ərzində düşmənin müqavimətini qırmaq üçün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Bəzi istiqamətlərdə düşmən silahlarını yerə ataraq döyüş meydanından qaçdı – onlar özləri 10 min fərarinin olduğunu etiraf etdilər - , bəzi yaşayış məntəqələrində isə sona qədər dayandılar.

Soltanlı və Əmirvarlının azad edilməsi - Zəngilana gedən yol idi - hadisələrin sonrakı gedişi üçün böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəlincə, əslində onlar artıq oradan qaçırdılar. Çünki müqavimət göstərməyə güc yox idi. Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks hücuma keçməyə cəhd etməklə səhvlərə yol verdi, bu da hərbi baxımdan tamamilə axmaqlıq idi. Müdafiələrini gücləndirmək əvəzinə bütün qüvvələrini əks hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə ki, sonrakı əməliyyatlar - Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxış, Laçın rayonunun kəndlərinin – Güləbird və digərlərinin azad edilməsi bizə Laçın dəhlizinə nəzarət etməyə imkan yaratdı. Əslində o, artıq bizim nəzarətimizdə idi.

Qələbəmizin tacı – Şuşa əməliyyatı idi. İndi Şuşaya gedən hər kəs bizim oraya hara ilə getdiyimizi görə bilərlər. Bu fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Uzun, uzun və uzun günlər meşələrdə, yol olmayan ərazilərdə, yüngül silahlarla, yorulmadan irəli getmək və sonra Şuşanı azad etmək - bu, misilsiz bir cəsarət, əsl qəhrəmanlıqdır!

Əlbəttə ki, Şuşanın alınması düşmənin belini qırdı, bundan sonra düşmən praktiki olaraq təslim oldu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1106   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr