Qızını amansızlıqla öldürən ata əvvəl də qətl törədibmiş

Qızını amansızlıqla öldürən ata əvvəl də qətl törədibmişBir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov (1998-ci ildə də adam öldürdüyü üçün həbsdə yatıb) məhkəmədə cinayət haqda danışıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib. Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb.

Məhkəmədə dindirilən H. Salamov ifadəsində bildirib ki, Gülər 2007-ci ildə qohumu Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub: "Qızım ailə qurduqdan sonra əri ilə Rusiyaya gedib 6-7 il orada yaşadılar, 2015-2016-cı illərdə Azərbaycana qayıtdılar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşanmağa başladı. Hadisədən 1 il əvvəl qızım Maştağada yerləşən kursda rus dili müəllimi kimi işləməyə başladı. Bundan sonra, qızımın hərəkətlərində dəyişikliklər hiss etməyə başladım".

H.Salamovun sözlərinə görə, son aylarda qızı uşaqlarına qayğı göstərməyib: "Evin işləri ilə də məşğul olmurdu. 2020-ci ilin noyabr ayında qızımın bir nəfərlə münasibət qurduğunu, aralarında sevgi münasibətləri olduğunu öyrəndim. Ona belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailəmizi tanıyan şəxslərin qızım haqqında xoşagəlməz ifadələr işlətdiyini dəfələrlə dedim. Lakin qızım mənim sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini dedi".

H.Salamov qızına nəzarət etmək məqsədilə həyat yoldaşı və oğlu ilə birgə onun evinə köçdüyünü deyib: "Qızım kişilərlə danışmasın deyə telefonunu əlindən aldım. Ona telefon işlətməyi qadağan etdim. Sonra onu işdən çıxartdım. Bütün bu etdiklərimə baxmayaraq, 2021-ci ildə Gülər evdən qaçdı. Polisə məlumat verdim, qızı bir günə tapdılar. Ondan niyə evdən qaçdığını soruşdum, o da mənə qadağalardan bezdiyini dedi. Bundan sonra təxminən 19-20 martda qızım yenidən evdən qaçdı. Bir neçə gün evə gəlmədi. Bu dəfə polisə bu haqda məlumat vermədim. Martın 22-də yoldaşım zəng edərək Gülərin evə gələrək paltarlarını götürüb birdəfəlik çıxıb getmək istədiyini dedi. Təxminən saat 16-17 radələrində evə gəldim. Qızımla söhbət edərək nə səbəbə bu cür davrandığını soruşdum. Gülər cavabında mənə necə istəyirsə, elə də yaşacağını, heç kəsin ona qarışa bilməyəcəyini dedi".

Ata bundan sonra qızını öldürmək qərarına gəlib: "Gülərin bədəninə narkotik yeritsəm, daha tez öləcəyini düşündüm. Həyətdəki tövlədən təxminən 1 qram çəkidə narkotiki çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətə gətirdim. Sonra evə gəlib yoldaşıma qızımla ata-bala söhbət etmək istədiyimi, bizi tək qoymasını, Şüvəlanda yerləşən evimizə getməsini dedim. O gedəndən sonra Gülərlə evdə tək qaldıq. Mən qapını arxadan bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum. Sonra isə qızımı qonaq otağına çağırdım. Qızım qonaq otağına gələndə ona sonuncu dəfə xəbərdarlıq edərək əxlaqsız davranışlardan çəkinməsini dedim. Lakin Gülər yenidən mənə nalayiq cavab verdi. Həmin vaxt mən qızın boğazından tutub qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qoluna vurdum. Gülər müqavimət göstərdiyi üçün şiprisi yarıya çatdıra bilmədim. Narkotik onun bədəninə yeridiyi üçün o, halsız vəziyyətə düşdü, sonra onu boğaraq öldürdüm".
Qızını amansızlıqla öldürən ata əvvəl də qətl törədibmişHacıağa Salamov deyib ki, Güləri öldürdükdən sonra meyitini qonaq otağında yerləşən divanın üzərinə uzadıb: "Meyitin yanında 2-3 saat tək oturub ağladım. Sonra saat 22-23 radələrində "102"yə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Tutduğum hərəkətdən peşman olmuşam".

Məhkəmədə ifadə verən G.Salamovanın rəfiqəsi N.C mərhuma daimi olaraq borca pul verdiyini deyib: "Biz Gülərlə sinif yoldaşı olmuşuq. Təxminən 2020-ci ilin fevral ayında Gülər İ.R ilə münasibət qurdu. Gülərə oğlanın onu həqiqətən sevmədiyini, münasibətini kəsməsini demişdim. Gülər mənə həmişə onu sevdiyini, ona görə ərindən boşanacağını deyirdi. Gülər mənə ərinin Bakıdan Rusiyaya gedən zaman ondan halallıq aldığını, orada başqa qadınla evləndiyini demişdi. O, hər dəfə məndən borca pul alırdı. Səbəbini soruşanda İ.R -nin pula ehtiyacı olduğunu deyirdi. Mən borca pul verirdim, amma deyirdim ki, İ.R-dan ayrılsın, çünki ondan istifadə etdiyini deyirdim.

Mənə İ.R-nin "Crowd" deyilən sistemdə pul oyunu oynadığını, qoyduğu pulların müqabilində faiz alacağını və nəticədə maddi imkanının yaxşılacağını, bütün tanışlarına əl tutacağını deyirdi. Ona dəfələrlə belə işlərlə məşğul olmamasını deyirdim. Mənə borcları yığıldı. Əvvəlcə, pulları vaxtında verirdi. Deyirdi ki, ona İ.R kömək edir. Sonra pulu verməməyə başladı. Mən də məcbur ailəsinə mənə pul borclu olduğunu dedim. Onlar da araşdıranda onun İ.R ilə münasibətləri olduğunu öyrəndilər."

Gülər Salamovanın sevgilisi kimi təqdim edilən İ.R də ifadə verib. O, Gülərlə təsadüfən tanış olduqlarını deyib: "Taksi sürdüyüm vaxtlar Gülər mənim avtomobilimə minmişdi. Hazırda "Crowd" şirkətində menecer vəzifəsində işləyirəm. 2020-ci ilin may ayında Güləri Maştağa-Buzovna yolundan sifariş əsasında evlərinə apardım. Elə o vaxtdan aramızda münasibət yarandı. Gülər mənə ərindən boşandığını, 3 uşağı olduğunu, maddi imkanının yaxşı olmadığını, borcları olduğunu dedi. Mən də ona narahat olmamasını, ona maddi cəhətdən yardım edəcəyimə söz verdim. Hər ay ona yardım məqsədilə pul verirdim. Aramızda intim münasibət olmayıb. Gülərin ərindən boşanmadığını biləndə, ondan uzaqlaşdım. Bildiyim qədərilə N.C-yə 18 000 manat borcu var idi".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıağa Salamov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hacıağa Salamov 1998-ci il adam öldürdüyü üçün 9 il cəza alıb, 2007-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb. 2013-cü ildə narkotik daşınmasına görə 1 il 6 ay cəza alıb, 2014-cü ildə məhkəmənin qərarı ilə vaxtından əvvəl azad olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1674   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr