"İllər keçsə də, hər bir şəhidin əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq" - Nəsib Məhəməliyev
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Vətən müharibəsinin başlamasının biri ili tamam olur. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bidirib ki, 30 il işğalda olan Qarabağ və onun ətraf rayonlarının azad olunması uğrunda 44 günlük ölüm-dirim mübarizəsi ötən ilin sentyabr ayının 27-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan əsgərinə "İRƏLİ!" əmrini verməsi ilə başlayıb:
"Vətən müharibəsində 200 il ərzində itirdiklərimizi Ali Baş Komandanımızın, müzəffər Azərbaycan ordusunun, əsgərlərimizin, verdiyimiz minlərlə şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin hesabına torpaqlarımızı azad edərək geri qaytardıq.
Ötən bir il ərzində biz gərgin, eyni zamanda çox şərəfli anlar yaşadıq. Hər gün milyonlarla insan şəhidlərimizə rəhmət oxuyur, onların xatirəsini əziz tutur. Dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial durumunun yaxşılaşdırılması ilə bağlı layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu və "YAŞAT" Fondu da bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir. Bu da dövlətimizin və hər bir azərbaycanlının şəhidlərimizə və qazilərimizə olan hörmətinin bariz nümunəsidir.
Hesab edirəm, bir il ərzində, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz həyatını qürur və fəxarət hissi ilə yaşadı, dünyanın bir bir çox millətlərinin qarşısında başını dik tutdu. Bütün bunlar məhz şəhidlərimizin hesabına oldu. Hesab edirəm ki, illər ötəcək, əsrlər keçəcək, amma hər bir şəhidin əziz xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabr