Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT

Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜATBu ilin 1 fevral tarixində Suraxanı rayonu Əmircan qəsəbində 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun həyat yoldaşı Fəridə Qasımovanı qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımov 2009-cu ildən rəsmi nikahda olduğu və 2 azyaşlı uşağının anası olan Fəridəni qısqanclıq zəminində öldürdüyünü bildirib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşının onu saymadığını, başqa şəxslərlə yazışdığını deyib: "Fəridə anamın xalası nəvəsi olub. Öz ailəm, valideynlərim və qardaşımın ailəsi ilə bir evdə yaşamışıq. Fəridənin mobil telefonu olmadığından instaqrama mənim telefonumla girirdi. Hər gün işdən evə gələndə telefonu masanın üzərinə qoyurdum. 2020-ci ilin yay aylarında Fəridədən şübhələnib yataq otağına keçəndə telefonu onun əlində tutdum. Həmin vaxt Fəridə instaqramdan çıxa bilmədiyi üçün ekranda "Həsən" adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini gördüm. Fəridə mənə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin instaqramda qrup açdıqlarını, orada hamının danışdığını dedi. Həmin vaxt Fəridəni bir dəfə döydüm, lakin şikayət olmadığı üçün bununla bağlı hüquq-mühafizə orqanında heç bir araşdırma aparılmadı. 29 yanvar 2021-ci il tarixdə işdən evə gəlib yenə telefonu stolun üzərinə qoydum və gecə saat 12 radələrində uşaqların otağına keçib uzandım. Telefonu uşaqlar oyanmasın deyə həmişə qonaq otağına qoyurdum. Bir qədər sonra Fəridənin digər otaqda güldüyünü eşidib tez yataq otağına keçdim, Fəridə isə məni görən kimi telefonu gizlətdi. Fəridədən kimlə danışdığını soruşduqda guya mahnıya qulaq asdığını, özü üçün zümzümə etdiyini dedi. Cəld odeyalın altından telefonu çıxarıb baxanda instaqramda "Qaqaş Seyfəlov" adlı profildəki oğlanla söhbət etdiyini, bir-birinə nağıl danışdıqlarını, keçmiş günlərdən, uşaqlıqlarından söhbət etdiklərini gördüm. Fəridə telefonu əlimdən almağa çalışan zaman yumruqla və dabanımla Fəridənin çiyninə, üzünə və başına vurdum. Səhərisi gün, yəni 30 yanvar 2021-ci il tarixdə Fəridənin anasını çağırıb bu barədə söhbət etdik. Həmin söhbətdə qayınanam bu barədə qayınatama heç nə deməməyimizi xahiş etdi. Qayınanama telefonda olan Fəridə ilə həmin oğlanın yazışmalarını, şəkillərini, səs yazılarını göstərdim. O da bunları görəndən sonra qızına 1-2 şillə vurdu. Lakin son 2-3 gündə Fəridənin telefonundakı instaqram hesabına ard-arda mesajlar gəlirdi, lakin Fəridə mənə instaqram kodunu demədiyi üçün həmin mesajları oxuya bilmirdim. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində işdən qayıdanda yenə instaqram hesabının kodu ilə bağlı aralarında mübahisə oldu və Fəridəni evin içində qonaq otağında yumruq və təpiklə döyüb bədəninin müxtəlif nahiyələrinə vurdum. Bundan sonra mətbəxə qaçıb oradan bıçaq götürdüm. Fəridə əlimdəki bıçağı görən kimi qorxub həyətə qaçdı. Həyətdə Fəridəyə çatan kimi ona 3-4 bıçaq zərbəsi endirdim, ikinci bıçaq zərbəsini vurandan sonra Fəridənin səsi kəsildi. Bundan sonra uşaqlar evdə tək qaldığı üçün evə girib atama zəng edərək Fəridəni bıçaqladığını dedim. Təxminən 10 dəqiqə sonra atamgil gəldi və Fəridəni həyətdən qonaq otağına gətirib təcili tibbi yafrdıma və polis bölməsinə zəng edərək hadisə barədə məlumat veriblər. Hər şey bir anın içində oldu. Əməlimdən peşmanam".

M əhkəmədə çıxış edən zərərçəkmiş tərəf də hadisənin social şəbəkə yazışmaları üstündə baş verdiyin, Fəridənin əslində çox tərbiyəli, ailəsinə bağlı olduğunu, heç vaxt mobil telefon işlətmədiyini, Ehtibarın onu qısqanclıq zəminində öldürdüyünü bildiriblər.

Məhkəmə 33 yaşlı E.Qasımovun 10 il 6 ay müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1484   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr