"Qarabağ" meydana hərbi geyimdə çıxdı - FOTO
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Açılış oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub. "ASK Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Start fitindən sonra dərhal irəliyə atılan "Qarabağ"ın çoxsaylı hücumları 20-ci dəqiqədə bəhrəsini verib. Abdullah Zubir Filip Ozobiçin künc nöqtəsindən ötürdüyü topu başla qapıdan keçirib. İlk hissənin sonlarında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov texniki zonadan qovulub. 41 yaşlı mütəxəssis baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Beləliklə, birinci yarı qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə tamamilə müdafiəyə çəkilən "Keşlə" əks hücumların birində tarazlığı bərpa edib. 71-ci dəqiqədə müdafiədəki boşluqdan istifadə edən Aldair Neto Şahruddin Məhəmmədliyevlə üzbəüz dueldən qalib ayrılıb. Anqolalı hücumçu topu qapıçının başı üzərindən tora qovuşdurub. Buraxılan qoldan sonra "köhlən atlar" təzyiqi artırsalar da, bu, nəticədə öz əksini tapmayıb və "Keşlə" mövsümdə ilk xalını qazanıb. Xallarını sayını 11-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Bakı klubu isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək. Tura sentyabrın 26-da oynanılacaq "Sabah" – "Neftçi" və "Sumqayıt" – "Qəbələ" matçları ilə yekun vurulacaq.
***
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Keşlə" - "Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun "Facebook" rəsmi səhifəsində paylaşılıb.
Qeyd edilib ki, qonaq komanda meydana hərbi geyimdə çıxıb.
Həmçinin futbolçular üzərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar.
Daha sonra Dövlət Himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və "Qarabağ" 1:0 hesabı ilə öndədir.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1764 Tarix: 25 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabrAzərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye
2 noyabrUmarali Raxmonaliyev evləndi
"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev ailə həyatı qurub. xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Futbolçunun toy mərasimi vətəni Özbəkistanda olub
9 noyabr"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb. xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə bitib
10 noyabr"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Qafqazinfo" xəbər verir ki, İstanbul klubunu portuqaliyalı mütəxəssis Sergio Konseysao çalışdıracaq. Türkiyə mətbuatının məlumatına görə, onun bu gün İstanbula gələcəyi gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə "Fənərbaxça"nı
2 noyabrViktor Osimhen əməliyyat olundu
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub. xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT
8 noyabrXankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" - "Karvan-Yevlax" matçı b
10 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabr