Gənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTO

Gənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərarını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, gənclər təşkilatları, ictimai fəal gənclərin, Vətən müharibəsi iştirakçılarının və dövlət rəsmilərinin iştirakı ilə sentyabrın 27-də Bakı Konqres Mərkəzində "Vətən mənə oğul desə" adlı anım tədbiri keçirilib.

Anım tədbirində şanlı bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanca döyüşmüş, canlarından keçmiş şəhidlərimiz dərin ehtiramla yad edildi.

Bir il əvvəl Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əsgərlərimizin rəşadəti sayəsində zəfərlə bitdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, münaqişə sona çatdırıldı.

Tədbirdə Gənclər Fondunun icraçı direktor müavini Orxan Ərəbov, Vətən müharibəsi qəhrəmanı Vüsal Yaqubov, "Böyük Qayıdış" Gənclər Təşkilatı İB-nin idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev, "İrəli" İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı çıxış etdilər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazanılan hərbi-siyasi zəfərin xalqımızın çoxəsrlik tarixinin ən mühüm və parlaq hadisələrindən biri olduğunu qeyd etdilər.

Tarixi qələbənin qazanılmasında gənclərin rolundan bəhs edərkən natiqlər dövlət başçısının "Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi" və "Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var" fikirlərinə istinad edərək, Vətən Müharibəsi zamanı gənclərin ön cəbhədə əsgər və zabit kimi qəhrəmancasına döyüşdüyünü, arxa cəbhədə erməni hücumuna məruz qalan mülki əhaliyə dəstək olduğunu, informasiya savaşında virtual məkanda erməni yalanlarını ifşa etdiklərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqlarını bildirdilər.

Tədbirdə, həmçinin, gənclərin və gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyəti barədə bəhs edən "Azərbaycan Gəncliyi Vətən Müharibəsində" jurnalı təqdim edildi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş müxtəlif video-çarxlar, o cümlədən "Belə Belə İşlər" Platforması və Gənclər Fondunun birgə hazırladığı, Vətən Müharibəsinə həsr olunmuş silsilə videogündəliyin ilk videosu nümayiş olundu.
Gənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTOGənclərin iştirakı ilə "Vətən mənə oğul desə" anım tədbiri keçirilib – FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 567   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr