DYP yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Sonxeber.az xəbər verir ki, bu barədə "report"a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O, yağışlı hava şəraiti ilə əlaqədar sürücülərdən yollarda diqqətli olmasını xahiş edib: "Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən piyadaları nəzərə alsınlar.
Bu, paytaxtımızda insanların daha çox narazılıq bildirdiyi məsələlərdən biridir. Artıq yay fəsli bitib, payız fəslidir.
Buna görə də silgəcləri bir daha gözdən keçirsinlər. Çünki yağışlı havada görmədə məhdudiyyətin yaranması ən önəmli faktorlardan biridir.
Təkərləri dəyişmək vaxtı da yaxınlaşıb. Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirsinlər.
Günün pik saatlarında hərəkətdə olarkən diqqətli olsunlar, piyadaların qəfil yola çıxması halları yaşana bilər".
"Hər bir sürücü hava şəraitinə uyğun olaraq hərəkət sürətini aşağı salmalıdır. Bu barədə "Yol Hərəkəti Haqqında Qanun"da da qeyd olunub. 110 km/saat yolda vacib deyil ki, maksimum sürətdə gedilsin.
Şəhərdə müəyyən yerlərdə tablo var, ancaq rayonlararası yerlərdə tablo yoxdur. Ona görə də, sürücülər bu məsələyə xüsusi diqqət etməlidir", - A.Əsgərli bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1007 Tarix: 28 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabr