Britaniyada yanacaq böhranı: Ronaldu benzinsiz qaldı - VİDEO

Britaniyada yanacaq böhranı: Ronaldu benzinsiz qaldı - VİDEOBöyük Britaniyada yanacaq böhranının təsiri Kriştianu Ronaldudan da yan keçməyib.

Bir çox adi britaniyalı kimi, əfsanəvi idmançı da benzinsiz qalıb.

Onun "Bentley" markalı lüks avtomobili Mançesterdəki bir yanacaqdoldurma məntəqəsində diqqət çəkib. Sürücü idmançının özü yox, cangüdəni olub. O, 7 saat yanacaq gözləyib, amma nəticədə əliboş qalıb.

Britaniyalı sürücülər artıq zarafat edir ki, o qədər pulu olsa belə Ronaldo onlarla bir gəmidədir, necə deyərlər, "palaza bürünüb, elnən sürünür".

Sürücü çatışmazlığı səbəbindən Britaniyada yanacaqdoldurma məntəqələrində benzin çatışmazlığı bir neçə həftə əvvəl başlayıb. Benzin ölkə daxilində əsasən digər Avropa ölkələrindən olan işçilər tərəfindən daşınırdı, lakin "Brexit"dən sonra (Britaniyanın Avropa İttifaqından çıxması) onlar krallığı tərk etdilər.

Bu böhrandan çıxmaq üçün hökumət yenidən sükan arxasına keçməyə hazır olanlara təcili viza verməyi təklif etdi. Amma sürücülər Britaniyaya qayıtmağa tələsmirlər. Bu səbəbdən London hətta ordudan istifadə etmək məcburiyyətində qaldı. İndi yanacaqdoldurma məntəqələrinə hərbçilər benzin gətirəcək./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1437   Tarix: 30 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul

5 noyabr
.

"Fənərbaxça"dan möhtəşəm geridönüş

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is

4 noyabr
.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca

6 noyabr
.

Mourinyo ayın ən yaxşı məşqçisi seçildi

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb

9 noyabr
.

Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi

Misir Futbol Federasiyası Hossam Həsəni milli komandanın baş məşqçisi vəzifəsindən azad edib. bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir. 60 yaşlı mütəxəssislə yanaşı, onun məşqçi və inzibati heyətinin üzvləri də milli komandadan ayrılıblar. Federasiya qərarı son vaxtlar milli komandanı

8 noyabr
.

Patrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki

3 noyabr
.

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətə 21 futbolçunun adı daxil edilib. Bu gündən noyabrın 19-dək Almaniyanı

9 noyabr
.

"Sabah"ın "Vikinq"lə oyununu niderlandlı hakim idarə edəcək

Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, Liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın ba

2 noyabr
.

"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu

"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Qafqazinfo" xəbər verir ki, İstanbul klubunu portuqaliyalı mütəxəssis Sergio Konseysao çalışdıracaq. Türkiyə mətbuatının məlumatına görə, onun bu gün İstanbula gələcəyi gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə "Fənərbaxça"nı

2 noyabr