Polad Həşimovun müəllimi: "Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki..." - FOTO

Polad Həşimovun müəllimi: "Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki..." - FOTO"Deməli, mən ilk dəfə Sumqayıt şəhər 28 nömrəli məktəbdə işə başlamışam. Polad Həşimov mənim ilk birinci sinif şagirdlərimdən biri olub. O, əlaçı idi. Məktəbin foyesində şərəf lövhəsi var idi. Polad sinifdən-sinfə adladıqca onun şəkilləri də əlaçılar sırasında hər il yenilənirdi".

Bu sözləri açıqlamasında şəhid general-mayor Polad Həşimovun ibtidai sinif müəllimi Səyyarə Hüseynova onunla və müəllimlər günü ilə bağlı xatirələrini bölüşərkən deyib.

Səyyarə müəllim onu da qeyd edib ki, Polad Həşimovun gələcəyinin parlaq olacağı onun gözlərindən bəlli olurdu:

"Mən Polad Həşimovun ibtidai sinif müəllimiyəm, onu hazırlıq vaxtından götürüb 5-ci sinfə qədər dərs demişəm. O, zahiri görkəminə görə uşaq olsa da, daxili daha fırtınalı idi. Polad gözəl əl qabiliyyəti, düşündürücü sualları və əla qiymətləri ilə digərlərindən fərqlənirdi.

Poladın gözlərinin dərinliklərinə baxanda bilirdim ki, o uşağın gələcəyi daha parlaq olacaq.
Onlar həm də ailəlikcə düzgünlüyü, haqq-ədaləti sevirdilər. Mən bunu müşahidələrimə əsasən deyirəm. Ailədə uşağın təməl daşı qoyulur. Ailə necə düzgün idisə, Polad da çox tərbiyəli, dürüst və savadlı uşaq idi.

Əminəm ki, o, istədiyi məktəbə qəbul ola bilərdi. Amma hərbi məktəbi seçdi. Onun generaldan da yüksək rütbəni daşımağa qabiliyyəti var idi".

S.Hüseynova müəllimlər günündən bəhs edərkən onların zamanında hədiyyə verilmədiyini, müəllimlərin də həmin gündə şagirdlərdən nəsə gözləmədiyini bildirdi:

"Bizdə o zamanlarda müəllimlər günü elə də qeyd olunmurdu. Məktəbin direktoru deyirdi ki, bura "fəhlə şəhəri"dir. Valideynlər sizə borclu deyil. Doğurdan da mən elə işləmişəm. Mən o dövrdə heç bir şagirddən bir dənə gül belə qəbul etməmişəm"./Unikal.org
Polad Həşimovun müəllimi: "Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki..." - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Məktəblərdə dərslər 1 saata qədər UZADILA BİLƏR

Azərbaycanda ümumtəhsil məktəblərində dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Maraqlıdır, məktəblərdə dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması yenidən gündəmə gələ bilərmi?. Bu barədə -a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli qey

18 yanvar
.

Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb. xəbər verir ki, komitə sədri, il

16 yanvar
.

Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi

"Fitch Ratings" agentliyi Ermənistanın reytinqini stabildən müsbətə doğru dəyişdirib. xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb. Bildirilir ki, "Fitch"in analitikləri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilən və qısamüddətli eskalasiya risklərini azalda

17 yanvar
.

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni kadr təyinatı həyata keçirilib. xəbər verir ki, müvafiq qərarla Səfərli Aygül Rahib qızı Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialının Ümumi işlər üzrə departamentinin müdir

16 yanvar
.

Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq

Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrini

17 yanvar
.

Məktəblərdə şənbə günü də dərs keçiriləcək? - VACİB AÇIQLAMA

Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?. Mövzu ilə bağlı -a açıqlama verən təhsil eksperti Ramin Nurəliye

18 yanvar
.

Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib. -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəs

17 yanvar
.

Azərbaycanda qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub. xəbər verir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib. O qeyd edib ki, bu təklifi

16 yanvar
.

Körpələr evinin müdirinə xəsarət yetirildi

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib. APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarə

16 yanvar