Məktəblərdə üç fənn BİRLƏŞİR
Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?
Bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:
"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.
Bu baxımdan "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin "milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət" modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:
"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.
Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.
Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır