Epidemiya mövzusunda çəkilən kinolar: Vahimə, ölüm, qorxu...

Epidemiya mövzusunda çəkilən kinolar: Vahimə, ölüm, qorxu...COVID-19 pandemiyası və ümumiyyətlə, müxtəlif dövrlərdə yayılan cürbəcür viruslar, elan olunmuş pandemiyalar ədəbiyyata olduğu kimi, kino industriyasına da təsir edib. Bu təsir həm inkişaf, həm də mövzu baxımından hiss olunur. Bu gün pandemiyaya film mövzusu aspektindən baxacağıq.

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

Belə ki, indiyə qədər epidemiya, xəstəliklər və viruslarla bağlı dünyada onlarla film çəkilib. Onlar, əksərən, olduqca vahiməli, qorxulu olsalar da, böyük gəlir gətirən və sevilən filmlər sırasındadırlar. Maraqlısı budur ki, insanlar pandemiya dövründə, xüsusən, xəstəlikləri əks etdirən filmlər izləməyə daha çox üstünlük verirlər. Bəs bunun səbəbi nədir? Vyana Universitetinin professoru, germanist Eva Hornun fikrincə, bədii uydurma istənilən ağlasığmaz vəziyyəti vizuallaşdıra bilir.

"Gələcək faciə kimi" kitabında Eva Horn yazır: "Faciələr haqqında olan roman və filmlər oxucu və tamaşaçılara real təhlükədən uzaq olmaqla fikrən uduzmağa fürsət yaradır".

1971-ci ildə çəkilmiş "Andromeda ştammı" bu cür filmlərin ilk nümunələrindəndir. Film yazıçı Maykl Kriktonun elmi-fantastik romanı əsasında çəkilib. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazanıb.

Steven Soderberqin Skott Z. Burnsün ssenarisi əsasında çəkdiyi "Yoluxma" filmi indiki pandemiya ilə daha çox səsləşir. Baş qəhrəmanın öskürməsi, istər-istəməz koronovirusun simptomlarını xatırladır. Honkonqdan geri dönən qəhrəman Çikaqo aeroportunda vaxt öldürür. Bu xanım artıq virusa yoluxmuş olur və toxunduğu hər yerə virus yayır. Bu məqamlara diqqətlə baxan tamaşaçı artıq əllərini sabunla yumaq, spirtləmək, bütün görüşləri ləğv etmək, sosial məsafə saxlamaq fikrinə düşəcək. O ki qaldı filmin qəhrəmanına, o, bir neçə günün içində ölür. Şok içində olan ərində, ardınca da digər insanlarda simptomlar görünməyə başlayır. Epidemiya dünyanın müxtəlif yerlərində sürətlə yayılır.

Nil Marşalın 2008-ci ildə çəkdiyi "Qiyamət günü" filmi də bu seriya filmlərdəndir. Film 2008-ci ildə Şotlandiyada yayılmış "Biçinçi" adlanan ölümcül virusdan bəhs edir. Onun simptomları yüksək temperatur, qaytarma, halsızlıq, möhkəm ağrılardır. Bütün ölkə bu virusa görə izolyasiya olunur, əhali taleyin ümidinə buraxılır. Sona qədər tamaşaçını tam gərginlik içində saxlayan film, olduqca maraqla qarşılanıb.

Rejissor Volfhanq Petersenin Riçard Prestonun "Qaynar zona" kitabı əsasında 1995-ci ildə çəkdiyi "Epidemiya" filmi də adından bəlli olduğu kimi sürətlə yayılan xəstəliklərdəndir. Məxfi hərbi laboratoriyada yaradılan ölümcül virus onilliklər sonra onları yaradanlara qayıdır. Filmin əsas süjeti epidemiyanın qarşısını almaqdan ötrü şəhərin məhv edilməsinə həsr olunub.

Epidemiya ilə bağlı əsərlərin içində amerikalı yazıçı Stiven Kinqin 1978-ci ildə qələmə aldığı "Qarşıdurma" əsəri əsasında rejissor Mik Herrisin 1994-cü ildə çəkdiyi mini-serial - "Qarşıdurma" da fərqlidir. ABŞ-ın məxfi laboratoriyasından təsadüf nəticəsində çox təhlükəli virus kənara çıxır. Bu, böyük bir faciəyə səbəb olur. Belə ki, bioloji silah kimi hazırlanan, ölüm saçan qrip ştammı sürətlə yayılır. Bunun əsas səbəbi ümumi xaos, həmçinin ordu və polislərin xüsusi amansızlığı və qəddarlığı olur. Və beləliklə, qarşıdurma başlayır.

2018-ci ildə çəkilən "Yağış" serialını da qeyd etmək istərdim. Yağış vasitəsilə yayılan qorxunc virus Yer kürəsini məhv edir. Uzun illər sonra bunkerdən sağ-salamat çıxan bacı-qardaş sivilizasiyanın qalıqlarını axtarmaq üçün yola çıxırlar. Təsadüfən sağ qalmış çox az sayda insanlarla da rastlaşırlar. Lakin onların hamısını ancaq ölüm gözləyir. Xüsusən də, əsas şərti pozsalar, ölümdən qurtulmaq mümkün deyil. Əsas şərt isə yağışın altına düşməməkdir.

Bu mövzuda "12 meymun", "Qızdırma", "28 gün sonra", "Divar", "Virus", "Mən əfsanəyəm", "Dünyaların savaşı Z", "Gəzən ölülər", "Ölülər ölmür" və s. kimi filmləri də misal çəkmək olar. Eva Horn hesab edir ki, belə filmlərə tələbatın daha böyük olması insanlarda bu cür xəstəliklərlə bağlı bilgilərinin az olmasıdır. Ekran qarşısında divanda rahatca əyləşən kəs, onun fikrincə, sadəcə kənar bir müşahidəçidir. O, faciənin qarşısına almaq üçün nə isə etmək məcburiyyətində deyil. Və hətta "happy end"ə də ümidli ola bilir.

Məncə, bu cür filmlərə sakit baxmaq mümkün deyil. İnsan, əksinə, daha da vahimələnir, ölümlə üz-üzə gəlməkdən qorxuya düşür. Digər tərəfdənsə, bu qorxu sanki insanda bir məsuliyyət, xof yaradır. Sosial məsafə saxlamağa, müəyyən ehtiyat tədbirləri görməyə, dövlətin bizi qorumaq üçün verdiyi tövsiyə və göstərişlərə əməl etməyə sövq edir. Təki sağlam olaq.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1694   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun