171 nömrəli avtobusun sürücüsünü hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində aerport yolunda 171 nömrəli marşrutla yük avomobilinin toqquşması nəticəsində ağır qəza baş verib. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Qeyd edək ki, qəzaya səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulu olması, zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılması olub.
Bəs avtobus sürücüsünü hansı cəza gözləyir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Qənbərov Əziz bildirib ki, ölüm varsa, bütün hallarda azadlıqdan məhrum etmə mövcuddur:
"Əvvəlcə həmin hadisənin qarşısını almağa texniki cəhətdən kimin imkanının olub-olmaması araşdırılacaq. Ola bilsin ki, avtobus sürücüsünün günahı olmasın və günah kamaz şoferində olsun. Bu baxımdan da qəzanın qarşısının alınmasına kimin imkanının olması məsələsi araşdırılacaq və ekspertizanın rəyi ilə müəyyən ediləcək.
Günahın kimdə olduğu müəyyən edildikdən sonra cinayət məcəlləsinin 263-cü maddəsinin bir çox halları araşdırılacaq. Çünki orada bir neçə maddənin təsiri altına düşmə imkanı var. 263-cü maddənin hansı bəndinə əsasən cəzanın verilməli olduğu müəyyənləşdirilməlidir.Daha sonra qoyulacaq konkret maddədən asılı olaraq, həmin şəxsə nə qədər iş düşəcəyi bilinəcək.
Bunlar bəlli olmadığı halda cəzanın nə qədər olacağını bilmək mümkün deyil. Amma bütün hallarda ölüm varsa, azadlıqdan məhrum etmə ilə bağlı cəzalar mövcuddur".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 8220 Tarix: 13 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başına ot presi düşən kişi öldü
Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib
20 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustGöygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhə
26 avqustSabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktl
30 avqustSumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var
Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı yataqxanada yaşayan 199-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-c
22 avqustQonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqustGecə Bakıda zeytun bağları yanıb
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb
21 avqustKeçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO
Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd
27 avqust