Elnur Əşrəfoğlu kritik dönəmi geridə qoydu - Jurnalistin son durumu
Tanınmış jurnalist Elnur Əşrəfoğlu kritik dönəmi geridə qoyub.
Sonxeber.az xəbər verir ki, bu barədə modern.az-a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
İ.Şükürova deyib ki, intensiv terapeya müddətində həyat yoldaşını daim yatırdıblır:
"ECMO-dan sonrakı iki sutka ən kritik günlər idi. Onu geridə qoyduq. Amma qanaxmaları tam dayanmır ki, bədəni toparlansın. Burun-boğaz, mədə-bağırsaqda qanaxmalar azalsa da, tam dayanmayıb. Həkimlər əlindən gələni edir. Əlimizdən gələn sadəcə dua etməkdir".
Xanımı xəstəxana şəraitində Elnur Əşrəfoğlunu qısamüddətli də olsa, görə bildiyini deyib.
Qardaşı Rəşad Şükürov da saytımıza açıqlamasında Elnur Əşrəfoğlu ilə bağlı həkimlərin əlindən gələni etdiklərini deyib:
"Bir dəfə qardaşımı görə bilmişəm. Ümumi vəziyyəti ağır, stabil olaraq qalır".
Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1881 Tarix: 14 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabr