Xalq artisti xüsusi mükafata layiq görüldü
Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb
Sonxeber.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə olaraq "Biz təşəkkür edirik!" Beynəlxalq aksiyasının laureatlarını elan edib. Beynəlxalq sülh günü münasibətilə təşkil edilən təntənəli ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən ictimai təsdiqlə müəyyən edilən laureatların sırasında Azərbaycanın Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun da adı yer alır.
Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya Kadis Universitetinin professoru), dünyada tanınmış yazıçı, dramaturq, bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüb.
Qeyd edək ki, Xalq artisti bundan əvvəl də bir neçə dövlətlərin medal və təltiflərinə layiq görülüb. Bunların sırasında Fransa Senatının medalı, "İncəsənət və Ədəbiyyat" ordeni (Fransa) və "Ləyaqət" ordeninin cəngavərlik xaçı (Macarıstan) vurğulamaq olar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 933 Tarix: 14 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabr