Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlandı

Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlandıAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Sonxeber.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Bəkirov Mübariz Tahir oğluna məxsus "Rəhim" çörək sexində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmənin asan təmizlənən dezinfeksiyaedici məhlullara davamlı materialla üzlənmədiyi, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və çirk qatı ilə örtüldüyü aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1304   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İki uşaq anası evində ölü tapıldı

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda 44 yaşlı, iki uşaq anası qadın evində ölü vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bekbele məhəlləsində baş verib. Məlumata görə, Hacer K. adlı qadın axşam saatlarında ailəsi ilə birlikdə yemək yedikdən sonra həyat yoldaşı yatmağ

12 iyun
.

Bakıda kişi faciəli şəkildə ölüb

Bakıda kişi binadan yıxılaraq ölüb. -a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində qeydə alınıb. Məlumata görə, 38 yaşlı Qurban Gündüz oğlu Abbasov yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Araşdırma aparılır

13 iyun
.

Qızının evinə qonaq gedən kişinin kanalda meyiti tapıldı

Beyləqanda kanalda batan 65 yaşlı kişinin meyiti tapılıb. xəbər verir ki, rayonun Eyvazallar kəndi ərazisində Yuxarı Qarabağ kanalına düşən Əhliman Sarıyevin meyiti aşkarlanıb. Onun meyiti batdığı ehtimal olunan ərazinin yaxınlığında tapılıb. Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

13 iyun
.

Qadının maraqlı eksperimenti gözlənilməz sonluqla bitdi -VİDEO

Həyat yoldaşının polis kimi peşəkar bacarıqlarını sınamaq istəyən qadının maraqlı addımı gözlənilməz hadisə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki. hadisə zamanı qadın, sahədə xidmət aparan polis əməkdaşı olan həyat yoldaşının onu yaxalaya bilib-bilməyəcəyini yoxlamaq məqsədilə qaçmağ

12 iyun
.

66 yaşlı kişi dənizdə boğuldu

Xəzər rayonunda ahıl kişi dənizdə batıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. 66 yaşlı qəsəbə sakini Şirzad Əliyev dənizdə çimərkən boğulub. Onun cansız bədəni sudan çıxarılaraq təhvil verilib

12 iyun
.

Atalarını öldürməkdə ittiham olunan analarından şikayətçi olmadılar

Türkiyənin Kocaeli vilayətində ərini öldürməkdə təqsirləndirilən beş uşaq anası Fatma Adırın məhkəmə prosesi davam edir. İş üzrə keçirilən son iclasda diqqət çəkən məqamlardan biri cütlüyün övladlarının analarından şikayətçi olmaması olub. türk mediasına istinadən xəbər verir ki, Fatma Adır həyat yoldaşını

10 iyun
.

Küçənin ortasında bıçaqlı hücum: Gənc qadın ağır yaralandı - VİDEO

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda baş verən bıçaqlı hücum hadisəsi narahatlıq doğurub. İddialara görə, Ramazan S. adlı şəxs küçədə qarşılaşdığı Nursel S.-yə arxadan yaxınlaşaraq bıçaqla hücum edib. türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində gənc qadın ağır yaralanıb. Ətrafdak

9 iyun
.

Bayrağa hörmət nümunəsi: Vətəndaşlardan təqdirəlayiq addım - VİDEO

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda güclü küləyin təsiri ilə bayraq dirəyində dalğalanan Türkiyə bayrağının ipi qırılıb və bayraq yerə düşüb. türk mediasına istinadən xəbər verir ki, hadisəni görən vətəndaşlar dərhal bayrağı yerdən götürərək ehtiramla qatlayıblar. Daha sonra bayraq aidiyyət

10 iyun
.

Özəl reabilitasiya mərkəzində ÖLÜM HADİSƏSİ

Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib. Belə ki, orada müalicə ala

13 iyun