Prezident İlham Əliyevin yeni Sərəncamı həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir - QHT SƏDRİ

Prezident İlham Əliyevin yeni Sərəncamı həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir - QHT SƏDRİPrezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edən vacib addımdır.

Bunu Sonxeber.az-a "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

"Dövlət başçısı tərəfindən həssas sosial qrupların sosial rifahın qorunması ilə bağlı ardıcıl qanunvericilik təşəbbüsləri irəli sürülür. Həmin qanunvericilik aktlarına uyğun olaraq müvafiq qurumlar sosial siyasətin həyata keçirilməsi üçün müvafiq addımlar atırlar," – deyə C.Hüseynzadə bildirib. Bu gün imzalanan Sərəncamı çox əhəmiyyətli adlandıran ekspert deyib: "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" yeni Sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu rəqəm olduqca əhatəli bir rəqəmdir və ölkə əhalisinin 20 faizini nəzərdə tutur. Əhatə etməklə yanaşı bu sərəncam ünvanlıdır və əhalinin həssas sosial qrupuna hədəflənib".

Ölkə başçısının fəaliyyəti dövründə sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı davamlı olaraq həyata keçirildiyini xatırladan C.Hüseyzadə rəqəmlərə müraciət edib: "2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyiş hesab olunur.

Dövlət tərəfindən dövrün və zamanın tələbləri nəzərə alınmaqla sosial təminat sahəsində ədalətli münasibətlərin formalaşması əsas prioritetlərdən biridir. Bu məqsədlə ümumilikdə son üç ildə ölkəmizdə 900-dən çox normativ-hüquqi akt qəbil edilib. Qanunvericilik bazasında bu dəyişikliklər əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub. Nəticədə sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Eyni zamanda nəzərə almaq lazımdır ki, maliyyə tutumlu sosial islahatların növbəti mərhələsi məhz postmüharibə dövrünə təsadüf edir. Ötən 1 il ərzində paralel olaraq şəhid ailələrinin, qazilərimizin sosial problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, onların müalicəsi və reabilitasiyası üçün ən müasir vasitələrdən istifadə olunub və proses uğurla davam etməkdədir. Bu həm də onu göstərir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə güclü bir dövlətə çevrilib, dövlətin və ölkə vətəndaşlarının mənafeyi ilə bağlı bütün addımları vaxtında atır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 844   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr