Gəncədə erməni terrorunun qurbanları yad edildi - FOTO

Gəncədə erməni terrorunun qurbanları yad edildi - FOTOVətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş təşkil edilib.

Oktyabrın 16-dan 17-ə keçən gecə keçirilən yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərmək olub.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayaraq, terror hadisəsinin törədildiyi əraziyə qədər davam edib. Yürüş zamanı gənclər tərəfindən terror qurbanlarının xatirəsinə şamlar yandırılaraq, yad edilib.

Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən media nümayəndələrinin və gənclərin önündə Azərbaycan gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Daşkəsən, Goranboy, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Qəbələ, Kürdəmir, Xızı şəhərləri və ətraf yaşayış məntəqələrində yaşayan mülki əhalini qəsdən hədəf alan hücumlarını şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirləri görməyə çağırır.

Gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun terror qurbanı olmuş mülki vətəndaşlarımızın qanını yerdə qoymadığını, şəhidlərimizin şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildiriblər.

Yürüşdə iştirak edən gənclər terror qurbanları və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad ediblər.

***

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş keçirilir.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var./Report/
Gəncədə erməni terrorunun qurbanları yad edildi - FOTOGəncədə erməni terrorunun qurbanları yad edildi - FOTOGəncədə erməni terrorunun qurbanları yad edildi - FOTOGəncədə erməni terrorunun qurbanları yad edildi - FOTOGəncədə erməni terrorunun qurbanları yad edildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 756   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr