QARABAĞ DİRÇƏLİŞ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB - FOTO

QARABAĞ DİRÇƏLİŞ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB - FOTO22 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, "Qarabağa dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İclasda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumatı təqdim edib.

İclas iştirakçıları Qarabağda icra olunacaq layihələrə ayrılacaq maliyyə dəstəyi barədə ətraflı müzakirələr aparıb. Müzakirələr zamanı tarixi abidələrin bərpası üzrə maliyyə dəstəyinin göstərilməsi, Qarabağda ekoloji tarazlığın bərpası üzrə layihələrin həyata keçirilməsi, ianələrin cəlb olunması, Fondun ştat cədvəlinə dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərə toxunulub.

Müşahidə Şurası tərəfindən 2021-ci ilin sonunadək Fond tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələr öz təsdiqini tapıb.

Görüşün sonunda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlər və qarşıda dayanan mühüm vəzifələr barədə danışan tədbir iştirakçıları qeyd ediblər ki, torpaqlarımız işğal altında olarkən bütün bunlar xəyal idi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qələbəsi nəticəsində torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu. Qeyd edildi ki, artıq biz xoşbəxtik ki, bu gün həmin ərazilərə maliyyə vəsaiti ayrılması, orada yenidən həyatın canlanması barədə müzakirələr aparırıq.

Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, İdarə Heyətinə müvafiq tapşırıqlar verib.
QARABAĞ DİRÇƏLİŞ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB - FOTOQARABAĞ DİRÇƏLİŞ FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLİB - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 727   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr