Gəncədə şəhid anası intihara cəhd edib? - YENİLƏNİB
"Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb".
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb:
"V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı, şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib.
Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib".
17:58
Gəncə şəhərində intihara cəhd hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin kafi olduğu bildirilib.
Faktı hüquq-mühafizə orqanlarından Oxu.Az-a təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1907 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabr