Azərbaycanda axund azyaşlıya təcavüz edib? - DİN-dən AÇIQLAMA
Qazax rayonunun axundu tərəfindən azyaşlı qıza təcavüz edilib.
Bu barədə sosial şəbəkələrdə iddialar səsləndirilib.
Bildirilib ki, azyaşlıya təcavüz edilsə də, polis məsələni araşdırmır.
Məsələ barədə Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Qazax rayonunun axundu olan İlham Süleymanovun rayon məscidində azyaşlı qıza təcavüz etməsi və etdiyi cinayətin Qazax rayon Polis Şöbəsində araşdırılmadan xitam verilməsi barədə iddialar əsassızdır:
"Məlumat böhtan xarakterlidir. Məlumat üçün qeyd edim ki, 2016-cı ildə Qazax rayon Polis Şöbəsinə rayonun sakini T. İsmayılovanın İlham Süleymanov tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1763 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr