Yolu kəsən qazilər polis bölməsində döyülüb? - Rəsmi açıqlama
Oktyabrın 26-sı Ziya Bünyadov prospektində yolu kəsən qazilər bu gün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar. Qazilər polis bölməsində onlara qarşı kobud davranıldığını iddia ediblər.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya iddialarla bağlı açıqlama verib. Bildirib ki, qazilər məsələnin araşdırılması və profilaktik söhbət aparılması üçün bölməyə dəvət olunublar: "Bir qrup şəxs Ziya Bünyadov prospektində yerləşən "Azərenerji" ASC-yə məxsus yüksək gərginlikli xəttin mühafizə zonasının darvazasını sındıraraq orada qanunsuz tikinti aparmağa cəhd edib. Polis əməkdaşları tərəfindən onların bu əməlinin qarşısı alınıb. Bu gün həmin şəxslər məsələnin araşdırılması və profilaktik söhbət aparılması, belə hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq olunması üçün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar.
Onlar özləri ilə əvvəlcədən çağırdıqları dırnaqarası jurnalistlərlə birgə bölməyə gəliblər. Həmin şəxslər Polis Bölməsində qazi adına, Vətən müharibəsi iştirakçıları adına yaraşmayan, o müqəddəs adlara xələl gətirən hərəkətlər ediblər.
Biri guya ürəyi gedib yerə yıxılıb, digəri başını tutub oturub. Bu cür hərəkətlərlə əsassız hay-küy yaradaraq dırnaqarası jurnalistlərə müsahibə verərək iddia ediblər ki, guya polislər onları döyüblər. Halbuki polis bölməsində onlara heç barmaqla da toxunan olmayıb, onlara qarşı heç ağır ifadə də işlədilməyib".
E.Zahidovun sözlərinə görə, həmin ərazidəki torpaq sahəsinin o şəxslərə heç bir aidiyyəti yoxdur: "Ora mühafizə zonasıdır və həmin ərazidə tikinti aparmağa qanun icazə vermir. Həmin şəxslərin əsassız hay-küylərinə baxmayaraq, araşdırmalar davam edir. Bir daha bildirmək istəyirik ki, qazilərimiz bizim hər birimizin fəxridir, onların hər birinin probleminin həllinə kömək etmək bizim borcumuzdur. Amma qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Ona görə də çağırış edirik ki, müqəddəs qazi adının, müqəddəs şəhidlərin ruhuna xələl gətirən belə hərəkətlərdən çəkinsinlər".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2045 Tarix: 28 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabr