188 nəfər pulsuz əməliyyat olunub

188 nəfər pulsuz əməliyyat olunubİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 188 nəfər icbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə əməliyyatı olunub.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, cərrahi tibbi xidmət olan endoprotezləşdirmə əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlar üçün ödənişsiz icra olunur.

Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən endoprotezləşdirmə əməliyyatlarının sayı isə 300 müəyyən edilib.

Cari il üzrə bu əməliyyat üçün müraciət etmiş 300 vətəndaşın sorğusuna müraciət tarixinə uyğun olaraq Agentlik tərəfindən artıq müsbət rəy verilib.

Qeyd edək ki, təqvim ili üzrə limit həddi tamamlandıqdan sonra daxil olan müraciətlərə növbəti il baxılacaq.

Sığorta olunanlara bu tibbi xidmətin göstərilməsinə dair şərtlər Nazirlər Kabinetinin müvafiq Qərarında əks olunub. Endoprotezləşdirmə əməliyyatı bud-çanaq oynağının hissəvi və bütöv dəyişdirilməsi, eyni zamanda diz oynağının bütöv dəyişdirilməsini əhatə edir.

Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən bu əməliyyat Agentliyin müqavilə bağladığı müvafiq tibb müəssisələrində icra olunur.

Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilə bilər.

Məlumat üçün bildirək ki, endoprotez dedikdə orqanizmin daxilinə yerləşdirilən protez - funksiyasını itirmiş və ya xəstə orqanın əvəzedicisi nəzərdə tutulur. Endoprotezləşdirmə əməliyyatı zamanı sıradan çıxmış oynaq süni oynaqla əvəz olunur.

Qeyd edək ki, 18 yaşdan aşağı şəxslər üçün endoprotezləşdirmə əməliyyatı sümüklərin qığırdaq hissəsi - böyümə zonaları hələ tam bağlanmadığına görə gələcəkdə onların fiziki inkişafına mənfi təsir etməmək üçün icra olunmur.

Həmçinin bədəninin hər hansı bir nahiyəsində aktiv infeksiyası olan şəxslərə də bu əməliyyat tövsiyə olunmur.

Xidmətlər Zərfi çərçivəsində sözügedən tibbi xidmətlə yanaşı, vətəndaş əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, habelə endoprotez kimi tibbi ləvazimat üçün heç bir ödəniş etmir.

Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin həkim təqibi də tibbi xidmətin tarifinə daxildir.

Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə bəzi xəstələrə əməliyyatdan əvvəl və sonra müəyyən vətərlərdə və əzələlərdə yaranan zəiflik və gərginliyin aradan qaldırılması ilə bağlı fizioterapiya xidməti göstərilir.

Bu zaman əzələ gücləndirici, stimulyasiya edici və oynaq hərəkət açıqlığını təmin edən fiziki müalicə prosedurları aparılır.

Vətəndaş bu xidməti icbari tibbi sığorta çərçivəsində əldə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə müraciət edə bilər.

Xidmətlər Zərfinə əsasən hər bir fizioterapevtik xidmət üzrə 10 prosedur nəzərdə tutulub və bu xəstənin narahatlığını aradan qaldırmaq üçün yetərli hesab edilir.

Əlavə edək ki, oynaqların funksiyasının pozulmasının səbəblərinə revmatizmal xəstəliklər, oynağın anadangəlmə patologiyaları, oynaq daxili sınıqlar və ya zədələnmələr, metabolik pozuntular və artıq çəki problemini nümunə gətirmək olar.

Əməliyyatdan sonra pasiyent 4-6 həftə yerimək üçün köməkçi vasitədən istifadə edərək, 3 aydan sonra normal həyat tərzinə qayıdır.

Bu müddət ərzində süni oynaq yerinə oturur, xəstənin ağrıları keçir və o, fiziki aktivliyini bərpa etmiş olur.

Beləliklə, əməliyyat sayəsində insan nəinki iş qabiliyyətini bərpa edir, həm də əlil olmaqdan xilas olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1610   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr