Bakı taksilərinin kartla ödəniş dərdi: Səbəb nədir? - ARAŞDIRMA

Bakı taksilərinin kartla ödəniş dərdi: Səbəb nədir? - ARAŞDIRMA- Salam (sürücü ilə salamlaşdıqdan sonra ünvanı izah edirəm).

- Xanım, ödəniş kartladır?

- Bəli, kartlad

Məni həm gülümsədən, həm də təəccübləndirən o cavab gəlir.

- Lənət sənə, kor şeytan, bütün günü kartla işləmişəm, sizdə də kartdır. Niyə əvvəlcədən kart olduğunu bildirmirsiniz?

Beləcə, sürücü yol boyu deyinir, sanki taksiyə pulsuz oturubsan kimi rəftar edir, nəticədə hər iki tərəfin qanı qaralır. Bütün dünyada nağdsız ödənişlər təbliğ edilsə də, sürücülərin "kart dərdi" bizi də nağdsız ödənişdən soyudur.

Başıma gələn hadisələrdən birini bölüşdüm. Yəqin ki, kartla ödəniş edən bir çox insan sürücü aqressiyası ilə üzləşir. Bir çox hallarda açıq şəkildə deməsələr də, simalarından aqressiya hiss olunur. Bəs nə üçün belədir? Taksi sürücüləri niyə nağdsız ödənişləri qəbul etmək istəmirlər? Daha doğrusu, onları kartdan imtina etməyə vadar edən səbəblər nədir?

"Kaspi" qəzetinin əməkdaşı məsələnin səbəblərini aydınlaşdırmağa çalışıb:

DSMF, kontur, benzin, maşının xərcləri...

Taksi sürücüsü Tima Əli deyir ki, kart sistemini tətbiq edən taksi şirkətlərində sürücülər, əsasən, asudə vaxtlarında işləyirlər. Sürücünün sözlərinə görə, kartla olan ödənişləri sürücü nağdılaşdıra bilmir: "Səbəb odur ki, çox az adam əsas iş kimi bu işi görür. Kartla ödənişi nağdlaşdırmaq üçün sürücü VÖEN açdırmalıdır, VÖEN-ə bağlı kart hesabı olmalıdır, taksi fəaliyyətinə görə qeydiyyat nişanı almalıdır, DSMF-yə əlavə olaraq pul ödəməlidir. Yəni 1.60 manat olan gedişin 20 faizini taksi şirkəti tutur, 10 faizini nağdlaşdırma prosesi, DSMF, kontur, benzin, maşının xərcləri və s. Yəni onsuz da su qiymətinə olan taksidə kartla ödəniş olanda, vəziyyət lap gərginləşir. Ona görə də, ya şirkətlər bunun həlli yolunu tapmalı, ya da vətəndaşlar bu durumu anlayıb, sifarişləri kartla etməməlidirlər".

Bəs mən nə ilə dolanım?

"Bəzi günlər olur ki, gün ərzində 10 sifarişdən 7-8-i kartla olur. Bəs mən nə ilə dolanım? Nə yeyim, nə içim? Yanacaq əvəzinə su töküm? Əgər pulu kartla almaq bizə rahat olsa, nə üçün imtina edək? Şirkət onlayn ödənişlərdən yığılan məbləği ən tezi bir ay ərzində sürücüyə verir".

"Gündəlik çörəkpuluna işləyən adamlarıq"

"Şirkət sürücünün lehinə iş görmür. Digər tərəfdən, müştəri kartla ödəyəndə, biz evə əliboş gedirik. Taksiləri qınamayın. Biz gündəlik çörəkpuluna işləyən adamlarıq. Uşaq evdə kart yemir. Kartdan pulu nağdlaşdırmaq aylar alır. Kartdakı vəsait sürücüyə həmin gün ödənilsə, problem olmaz. Amma belə deyil. Balansa oturur, depozit kimi çıxılır. Mənə depozit lazım deyil, nağd pul lazımdır. Bizdə hələ kart sistemi normal işləmir. Nə qədər kart sistemi olacaq, o qədər də keyfiyyətsiz xidmət olacaq".

"Psixoloji baryer"

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycanda sürücülərin nağd ödənişlərə üstünlük verməsinin səbəbləri çoxdur: "Bunlardan birincisi ənənəvi metodun hazırda Azərbaycan ərazisində, ümumiyyətlə, insanlar arasında xüsusi çəkiyə malik olmasıdır. Yəni insanlar hələ də onlayn ödənişləri qəbul etmirlər. Bazarlıq edən şəxs, marketin qarşısında bankomatdan pulu çıxarır, sonra bazarlıq edir. Halbuki, kartla da alış-veriş edə bilərdi. Bu, bir psixoloji baryerdir".

"Onların karta deyil..."

Ekspert deyir ki, əhalinin müəyyən təbəqəsi, eləcə də bəzi taksi sürücüləri nağd formada istifadəni daha təhlükəsiz, rahat hesab edirlər. Buna görə də, məhz nağd ödənişlərə üstünlük verirlər: "Onlar onlayn formada qəbul etdikləri pulu nağdlaşdıran zaman müəyyən vəsait, vaxt itirirlər. Taksi sürücüləri də belə problemlə üzləşirlər. Onların karta yox, pula daha çox ehtiyacları var".

"Hamı eyni sözü əzbərləyib"

Ekspert vurğulayır ki, problemin kökündə bizim cəmiyyətdə nağdsız ödəniş mədəniyyətinin olmaması durur: "Nəinki taksi, təsəvvür edin ki, Bakının mərkəzində o qədər yerlər var ki, kartla ödəniş etmək istəyirsiniz, mümkün deyil. Hamının da standart bəhanəsi var ki, ödəniş terminalımız işləmir. Hamı eyni sözü əzbərləyib, təkcə taksi sürücüsü deyil. Alış-veriş mərkəzlərində ödəniş terminalının istifadəsindən yayınmaq cəhdləri varsa, taksi sürücüsündən nə gözləyək? İnsanlar hələ də maaş kartında olan pulu son qəpiyinə qədər kartdan çıxarıb pulqabında saxlayır. Taksi sürücüsü VÖEN açdırıb kartını əldə etsə, onun da pul problemi olmayacaq. Sadəcə olaraq, kart sistemini qəbul edə bilmirlər".

50 faizdən artıq artım

Problemin həllinə gəldikdə isə ekspert deyir ki, nağdsız ödəniş mədəniyyətini aşılamaq lazımdır: "Düzdür, bu tendensiya gedir. Misal olaraq deyim ki, avqust ayında 505 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən artıq artım deməkdir. İnsanlar nağdsız ödənişlərə alışmalıdır".

Ən əsası, sərnişin pulu necə ödəyəcəyini seçməkdə azaddır. Əgər şirkət sərnişinə nağdsız ödəniş seçimini verirsə, sərnişin istədiyi şəkildə ödəməkdə sərbəstdir. Sərnişini acılamaq, qınamaq, pulu kartla ödədiyi üçün tənqid etmək sürücünün qeyri-peşəkarlığından xəbər verir. Sürücü narazılığını sərnişinlə deyil, şirkətlə həll etməlidir. Çünki sərnişin ona verilən seçimdən faydalanır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2775   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr